Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iki ailədə faciə: 15 yaşlı qız və 28 yaşlı kişi intihar etdilər

07.03.2019 21:15 2 541
Bakıda iki ailədə faciə: 15 yaşlı qız və 28 yaşlı kişi intihar etdilər
Bakıda iki ailədə faciə yaşanıb. 15 yaşlı qız və 28 yaşlı kişi öz canına qıyıb.

Median.Az
bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən və Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, martın 7-nə keçən gecə saat 03:00-da Məhəmməd Hadi küçəsində yaşayan Nurlanə Əhmədova yaşayış binasının 9-cu mərtəbəsindən özünü atıb və hadisə yerindəcə keçinib. Hələlik yeniyetmənin intiharının səbəbi məlum deyil. Xətai rayon Prokurorluğu faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açıb və təhqiqat aparılır.

Qeyd edək ki, ötən sutka ərzində paytaxtda ikinci intihar hadisəsi də qeydə alınıb. Binəqədi rayonu, Novxanı bağları qəsəbəsində yaşayan 28 yaşlı Bəhram Tağıyev evinin həyətindəki çardaqdan özünü asıb. Onun cəsədi martın 6-da axşam saat 20:20-də aşkarlanıb. Binəqədi rayon Prokurorluğu intiharın səbəbini araşdırır. Bu arada özünü asan kişinin cibindən məktub tapılıb. Məktubdan məlum olub ki, Tağıyevin faciəsinə səbəb maddi durumunun ağır olması olub.

Tağıyev məktubunda yazıb ki, öz övladının ləyaqətli yaşayışını təmin edə bilmədiyi üçün həyatdan gedir: "Öz övladımın ləyaqətli yaşayışını təmin edə bilmədiyim üçün həyatdan getməkdən başqa çarəm yoxdur".

O da məlum olub ki, Tağıyev işsizlikdən əziyyət çəkirmiş və bu səbəbdən də uzun müddətdir uşağına məhkəmənin qərarı ilə müəyyən edilmiş alimenti ödəyə bilmirmiş. Aliment borcları üst-üstə qalandığından və övladının anasının himayəsində çətin vəziyyətdə yaşadığını bildiyindən, bədbəxt ata son çarəni intihara əl atmaqda görüb.скачать dle 11.3
Mojo.az Banner