Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Dayanacaqlara qoyulan tələblər dəyişdi

07.03.2019 12:08 2 435
Dayanacaqlara qoyulan tələblər dəyişdi
Bakı şəhərində fəaliyyət göstərən avtobusların dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblər müəyyənləşib.

Bu barədə müvafiq əmri baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, avtobus üçün müəyyən edilən cibsiz dayanacaq məntəqəsi minimum 16 metr giriş, 24 metr dayanma və 9 metr çıxış sahəsindən, ümumilikdə 49 metrdən ibarətdir. Cibli dayanacaq məntəqəsi sürət həddinin və nəqliyyat axınının yüksək, yolun ensiz olduğu yerlərdə təşkil edilir. Cibli dayanacaq məntəqəsi minimum 19 metr giriş, 25 metr dayanma və 25 metr çıxış sahəsindən, ümumilikdə 69 metrdən ibarətdir.

Avtobus dayanacaq məntəqəsi eyni vaxtda iki və daha artıq avtobus üçün hesablandığı zaman qeyd edilən ölçülərdən əlavə avtobuslar arasında ən azı 9 metr məsafə nəzərə alınmalıdır. Yol infrastrukturunun vəziyyətindən asılı olaraq, qeyd edilən ölçülərə müvafiq dəyişikliklər edilə bilər.

Avtobus dayanacaq məntəqələrinin yerləşdirilməsi

Avtobus dayanacaq məntəqələri şəhər daxilində 400- 600 metr, şəhərətrafı ərazilərdə isə 800-1000 metr intervalla yerləşdirilməlidir. Avtobusların yanalma sahəsi ilə piyada keçidinin arasında minimum beş metr məsafə olmalıdır.

Dayanacaq pavilyonu aşağıdakı tələblərə cavab verməlidir:

1. sərnişin tələbatından və istiqamət üzrə hərəkət edən 14 marşrut avtobuslarının sayından asılı olaraq dayanacaq məntəqəsinə birdən az olmayaraq dayanacaq pavilyonu quraşdırılmalıdır;

2. dayanacaq pavilyonu avtobusun çıxış sahəsinə yaxın quraşdırılmalı və qurularkən piyadaların hərəkəti üçün minimum 1,2 metr səki sahəsi saxlanılmalıdır;

3. dayanacaq pavilyonu ilə avtobusun keçdiyi hərəkət hissəsi arasındakı məsafə minimum 0,5 metr olmalıdır;

4. tikiliyə yaxın yerləşdirilən pavilyona qulluq göstərilməsi (yuyulması və s.) üçün tikili ilə pavilyon arasında minimum 0,3 metr məsafə saxlanılmalıdır.

Dayanacaq məntəqəsində səkinin eni 2 metrdən az olarsa və gün ərzində 20 sərnişindən az minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun qoyulmamasına yol verilir.

Dayanacaq pavilyonu olmayan dayanacaq məntəqələrində marşrutların dayanacaq məntəqəsindən keçmə qrafiki, intervalları və xəritə lövhənin aşağı hissəsində quraşdırılmış əlavə məlumat tablosunda əks olunmalıdır.

Avtobusların yanalma sahələrində yolun 1.17 nişanlanması çəkilən hissənin eni 3m±30 sm olmalıdır (17 nömrəli əlavə). 5.3.8. Dayanacaq məntəqələri günün qaranlıq saatlarında işıqlandırılmalıdır. 5.3.9. Avtobus dayanacaq məntəqələrində bordürün hündürlüyü 12-16 sm olmalıdır.

Hər bir avtobus dayanacaq məntəqəsi vahid reyestrdə qeydə alınır. Reyestrdə dayanacaq məntəqəsinin adı, ünvanı, texniki göstəriciləri və başqa zəruri məlumatlar qeyd edilir.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner