Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qadına qarşı dəhşət: Qul kimi işlətdilər, zorladılar... - Məhkəmə başladı

06.03.2019 21:50 2 632
Qadına qarşı dəhşət: Qul kimi işlətdilər, zorladılar... - Məhkəmə başladı
Gəncə şəhərində ağır cinayətlər törətməkdə ittiham olunan Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
Teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 19-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Brilyant Tağıyeva qohumları - Arzu və Sahiblə birlikdə cinayət əlaqəsinə girərək, rus əsilli qadını Gəncə şəhərinə gətiriblər. Onlar həmin şəxsi məcburi əməyə cəlb etməklə insan alveri cinayəti törədiblər.

Bundan başqa, Sahib və Arzu həmin qadınla zorla cinsi əlaqədə olublar, ona qarşı seksual xarakterli hərəkətlər ediblər. Bu hal qadına qarşı bir neçə dəfə təkrarlanıb.

Seksual xarakterli hərəkətlərə məruz qalan qadın sonda intihar edib.

Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Məlumat əsasında hər üç şəxsin barəsində cinayət işi açılıb və onlar axtarışa veriliblər.

Bu ilin yanvarın 22-də Gəncənin Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hər üç şəxs həbs edilib.

İstintaq orqanı tərəfindən Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 144-2.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən məcburi əmək törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.

Arzu Tağıyev və Sahib Tağıyev barəsində əlavə olaraq Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə də ittiham verilib.скачать dle 11.3
Mojo.az Banner