Mojo.az Banner
13:08 Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     13:07 Azərbaycan nefti ucuzlaşdı  |     12:53 Şəxs borc verdiyini məhkəmədə necə sübut etməlidir? - Hakimdən İZAH  |     12:34 Azərbaycanın tanınmış eksperti həbsdə vəfat etdi  |     12:04 Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA  |     12:02 Bir sıra müavinətlərin verilməsi qaydalarında YENİLİK  |     12:00 Qazaxıstanda bəzi əcnəbilərə "Qızıl viza" veriləcək  |     11:55 Özünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATI  |     11:51 Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA (Video)  |     11:44 Astana AZAL təyyarəsinin qəzasını araşdırmağı davam etdirir - Yekun hesabat təqdim olunacaq  |     11:40 Gömrükdə qida məhsulları ilə bağlı YENİLİK  |     11:36 Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib  |     11:28 DİQQƏT: Bakıda bəzi yollar bağlanacaq - SİYAHI  |     23:01 Sumqayıtda beş min abonent SUSUZ QALACAQ  |     22:50 10 nəfərdən yarım milyon manata yaxın pul alan maklerlə bağlı QƏRAR - FOTO  |     22:45 Çörək bahalaşacaq? - Agentlikdən RƏSMİ açıqlama  |     22:43 Lətif Kərimovun 120 illiyi qeyd olunacaq - SƏRƏNCAM  |     22:40 Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır  |     22:35 I sinfə qəbul prosesi başlayır - TARİX AÇIQLANDI  |     22:33 Məhsullarını poçtla sifariş edən VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ  |    
Left Banner
Right Banner

Siyavuş Novruzov Dilqəm və Şahbaza qurulan məhkəmədən danışdı

05.03.2019 13:33 1 832
Siyavuş Novruzov Dilqəm və Şahbaza qurulan məhkəmədən danışdı
Azərbaycanda həm qanunun aliliyi, həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir.

Bu sözləri Azərbaycan Respublikasının Milli Məclisinin ictimai və birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, dini etiqad azadlığı həm təbii, həm də konstitusiya ilə tənzimlənən yeganə hüquqdur:

“İnsan hüquqları arasında birinci olaraq dini etiqad azadlığı dayanır. Çünki istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır.

Nəinki Azərbaycanda , eləcədə ölkə sərhədlərindən kənarda Qərbi-Şərqi Avropada məscidlər, sinaqoqlar, kilsələr, bərabər şəkildə təmir edilib istifadəyə verilir. Bu məsələ birbaşa ölkə başçımızın və Heydər Əliyev Fondunun diqqətində saxlanılır”.

S.Novruzov bildirib ki, biz bu gün ayrı-ayrı dövlətlərin öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında müəyyən addımlar atdığının şahidi oluruq.

“Bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir. Bu kimi davranışlar dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır. 20 faizdən çox Azərbaycan torpaqlarının ermənilərin işğalı altında olması, 1 milyondan artıq məcburi köçkünün olması, bu yaxınlarda 27-ci il dönümünü qeyd etdiyimiz Xocalı hadisələrinin baş verməsində bilavasitə bu amillərin rolu var.

Bu istiqamətdə bir fakta toxunmaq istərdim. Din xadimi xalqlar arasında sülh və əmin-amanlığın yaranmasına xidmət etməlidir. Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətimə xidmət edir, din xadimləri isə bu davranışları dəstəkləyir. Din xadimləri bu hadisələri pisləyib, qarşısını almaqdansa, bu hadisələrə haqq verir və işğal siyasətinin davam etdirilməsini təbliğ edir. Dəfələrlə şəhidlərimizin cəsədlərinin qaytarılması istiqamətində Ermənistanın dini xadimlərinə müraciət olunsa da, bizə müsbət reaksiya verməkdən imtina ediblər”.

Dilqəm və Şahbaza qondarma məhkəmə qurulması məsələsinə toxunan S.Novruzov bu məsələdə də ermənilərin dini anlayışlarının nə dərəcədə aşağı səviyyədə olduğuna diqqət çəkib:

“Dilqəm və Şahbaza Ermənistanda qondarma məhkəmə qurulub və onların hüquqları pozulub. Bu istiqamətdə də bizim müraciətlərimizə, danışıqlara din xadimləri tərəfindən müsbət reaksiya verilməyib. O baxımdan düşünürəm ki, bu cür tədbir və təbliğatlar dünyanın bütün ölkələrində keçirilməlidir ki, bu cür halların qarşısı alınsın”.скачать dle 11.3
Mojo.az Banner