Mojo.az Banner
19:03 Həm tox saxlayır, həm çəki artırmır: 9 sağlam qida  |     18:58 Bakı kəndlərində minlərlə ailə bu sudan istifadə edir – XƏBƏRDARLIQ!  |     18:51 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəlib  |     18:46 Avropada meşə yanğınlarının vurduğu ziyan açıqlandı  |     18:40 Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu  |     18:31 Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı  |     18:26 Girişi pullu edilən Ramramay şəlaləsinə qalxan yol bərbad vəziyyətdədir - VİDEO  |     18:18 Tarixi Vaşinqton görüşü nələri dəyişdi? - VİDEO  |     18:10 Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı  |     18:05 Blogerin əri xanımının ad günündə vəfat edibmiş  |     17:56 Naxçıvandakı pensiyaçılara şad xəbər  |     17:53 İrandan Azərbaycana gətirilən narkotiki satmaq istəyən şəxslər saxlanılıb  |     17:50 Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür  |     17:34 Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir  |     17:15 Yandırılaraq öldürülən ər-arvadın FOTOSU  |     17:13 Tovuzda ikimərtəbəli evdə yanğın  |     17:05 Xarab olmuş kərə yağını anlamanın sadə yolları  |     16:56 Gürcüstanda azərbaycanlı TIR sürücülərinin bir qisminin problemi həll olunub  |     16:55 İnfantino ilə bağlı qalmaqallı ittihamlar: FIFA bəyanat yaydı  |     16:53 Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib  |    
Left Banner
Right Banner

Şahmat millimiz dünya çempionlarına qarşı

05.03.2019 13:15 4 107
Şahmat millimiz dünya çempionlarına qarşı
Bu gün Qazaxıstanın paytaxtı Astanada kişi və qadın şahmatçılar arasında komandalar üzrə dünya çempionatına start veriləcək.

Oxu.az daha əvvəl xəbər verdiyi kimi, ölkəmizi bu mötəbər yarışda yalnız kişilərdən ibarət yığma komanda təmsil edəcək. Milli komandamız son Avropa çempionu kimi bu mötəbər turnirdə iştirak etmək hüququnu əldə edib.

Kişilərin yarışında Azərbaycan yığmasından başqa Rusiya, Çin, İngiltərə, Hindistan, ABŞ, İran, Qazaxıstan, İsveç və Misir yığmaları mübarizə aparacaqlar. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovsuz FIDE reytinqi üzrə üçüncü olan millimiz ilk turda çempionluğa namizəd komanda ilə qarşılaşacaq. Rəqib reytinqdə Rusiyadan sonra ikinci sırada olan, son dünya çempionu Çindir.

Komandamız Rauf Məmmədov (2701), Qədir Hüseynov (2664), Eltac Səfərli (2662) və Nicat Abbasovla (2627) təmsil olunacaq. Qarşı tərəfdə müvafiq olaraq rəqiblər Dinq Liren (2812), Yu Yanqyi (2761), Vey Yi (2733) və Bu Sianqjidir (2731).

Bundan başqa, Hindistan İsveçlə, İran Rusiya ilə, Misir ABŞ-la və İngiltərə Qazaxıstanla qarşılaşacaq. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, qadınlarda isə Ukrayna, Rusiya, Çin, Qazaxıstan, Misir, Ermənistan, Macarıstan, Hindistan, ABŞ və Gürcüstan yığmaları çıxış edəcəklər. Yarış dairəvi sistemlə doqquz turdan ibarət olacaq.скачать dle 11.3
Mojo.az Banner