Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

“35 qəpiklik müğənni” - Elza və Nazpəri arasında növbəti dava

02.03.2019 20:27 3 713
“35 qəpiklik müğənni” - Elza və Nazpəri arasında növbəti dava
Xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında olan qalmaqal daha da qızışıb.

Median.Az
axşam.az-a istinadən xəbər verir ki, Seyidacahanın Nazpərinin tələbəsi Aygünə "Onu səhnədə görə bilməsək də, mağar toylarında görə biləcəyik. Atmacalarla danışan insanın səhnədə sonu olmaz. Yerini bilsin" deməsi Dostəliyevanı özündən çıxarıb.

"Toyxanalar deyirlər, amma toydan ötrü özlərini öldürürlər. Menyulara düşüblər, yazıqların qiyməti 35 qəpiyə olub. Restoranlarda 30 qəpik salat, 35 qəpik filan müğənnidir. Gülməli danışırlar. İnsan gülməkdən içi gedir. Adam bir özünə, qoyduğu yoluna baxar" deyə, Nazpəri Elzaya deyib.

Seyidcahan "Qoyduğum yol buradadır. Not bilməyən xalq artisti burada əyləşib" deyərək, Dostəliyevanın sözünü kəsib.

Nazpəri isə susqunluğunu pozaraq ona cavab verib:

"Mədəniyyətinizi saxlayın. Mən heç kimə müdaxilə etmədim. Aygün pis idisə, niyə sənin əlindən mikrofonu alıb, ona veriblər? Deyiblər ki, bu oxuya bilmir. Sənin dediklərin həqiqət olur, bizimki yalan. Aygünü maşına mindirib aparmaqda məqsədi o olub ki, pulla ona mahnı satsın. Təklif edib ki, çıx Nazpərinin qrupundan mənim yanıma gəl. Mən sənə daha gözəl mahnılar öyrədəcəyəm. Niyə mən olanları demirəm ki? Halbuki bunların heç birindən xəbərim yox idi. Aygün buradadır. Həmişə susmuşam".

"Mədəniyyəti siz göstərdiniz. Notu bilməyən xalq artisti, otur yerində. Gecə 5-in yarısında uydurmalar danışırsınız. Şər-böhtan danışırsınız. Bunlar yalandır" deyə, Elza Nazpərinin yalan danışdığını söyləyib.

Son xəbərlər