Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Canlı efirdə QALMAQAL - Nazpəridən Elzaya: Bazar adamı ilə oturmaram... - VİDEO

01.12.2018 17:33 3 383
Canlı efirdə QALMAQAL - Nazpəridən Elzaya: Bazar adamı ilə oturmaram... - VİDEO
"Azərbaycanın Səsi" mahnı müsabiqəsinin ötən günkü buraxılışında qalmaqal yaşanıb.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, proqramda iki münsif - xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb.

Belə ki, əməkdar artist yarışmada tələbələrinin adını çəkməyən N. Dostəliyevaya sərt reaksiya verib: "Nazpəri xanım hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox. Mənim birinci tələbəm Nazpəri xanım olub. Təzə səhnəyə gələndə mənim "Qadasını aldığım" və " Ömrümdən getmə" mahnılarımı oxuyub. Tələbələrim göz qarşısındadır. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub. Siz mənə bir qəpik də pul ödəməmisiz. Yanımda amma özünüzə bahalı ətirlər almısız. Mənə pul verən, səhnəyə çıxaran Brilliant Dadaşova olub. Siz mənə etməmisiz, tələbəyə nə edəcəksiz?".

Xalq artisti, əvvəlcə Elzanın çıxışına gülüşlə reaksiya versə də, daha sonra verilişi tərk edib: "Mən yarışmanı tərk edirəm, bazar adamları ilə otura bilmərəm".

Son xəbərlər