Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı karateçi Avstriyada final döyüşünə çıxacaq

02.03.2019 18:04 3 005
Azərbaycanlı karateçi Avstriyada final döyüşünə çıxacaq
Azərbaycanlı karateçi Asiman Qurbanlı (+84 kq) Avstriyanın Zalsburq şəhərində keçirilən nüfuzlu A Seriyası turnirinin finalına yüksəlib.

Median.Az
xəbər verir ki, bir-birinin ardınca Fransa, İtaliya, İran və Ekvadordan olan rəqiblərini məğlub edən A.Qurbanlı yarımfinalda son dünya çempionu Yonatan Horneyə (Almaniya) qalib gəlib.

Sabah qızıl medal uğrunda həlledici görüşdə karateçimizi daha bir İran idmançısı Saleh Abazari ilə gərgin döyüş gözləyir.

Altı görüşdən beşində qalib gələn Firdovsi Fərzəliyev (-60 kq) isə yarışın son günü Qazaxıstan idmançısı Kaysar Alpisbayla bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) mötəbər yarışlarından olan A Seriyası turnirinin ilk mərhələsində rekord sayda – 99 ölkədən 2057 karateçi iştirak edir. “Zalsburq Arena”da təşkil edilən turnirdəki digər idmançılarımız – Rafiz Həsənov (-67 kq), Ayxan Mamayev (-84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və dünya çempionumuz İrina Zaretskaya (-68 kq) bu gün mübarizəyə qatılacaq.

Onu da bildirək ki, bu yarışda komandamızın lideri, dünya çempionumuz Rafael Ağayev (-75 kq) iştirak etmir.скачать dle 11.3
Mojo.az Banner