Mojo.az Banner
23:02 Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır? - Video  |     22:57 Bakıda yeni “moll” tikiləcək  |     22:48 Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə  |     22:43 Kanye Uestin Türkiyə konserti “Spotify”dan çıxarıldı  |     22:37 Çəpiş əti neçəyə satılır və tələbat varmı? (Video)  |     22:30 Daşınmaz əmlakın sığortası: Vətəndaş niyə maraqlı deyil?  |     22:24 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri Bakıya təxliyə olundu  |     22:19 Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     22:13 Kosmosda qonşu rəqabəti: Mask və Bezos orbitdə üz-üzə gəlir  |     22:00 Yardımlıya dolu düşüb, bu ərazilərə qar yağır  |     22:00 Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işləri nə vaxt yekunlaşır? (VİDEO)  |     21:54 Müəllimlərin əməkhaqları yenidən arta bilər - Yeni təklif (Video)  |     21:49 Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?  |     21:41 Azərbaycanın olimpiada tarixində ilkə imza atmışdı – MIT-ə qəbul oldu  |     21:36 Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?  |     21:28 "Qarabağ"ın rəqibinə 4 cavabsız qol vuruldu  |     21:20 Dağıstanda təhlükəli virusla bağlı təcili peyvəndləmə başladı  |     21:15 İsrail Müdafiə Nazirliyinin yaxınlığında kasetli sursat partlayıb  |     21:09 Sumqayıt xəstəxanasında insident: Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?  |     21:01 "Bu rejim gec-tez süqut edəcək" - İsrail XİN  |    
Left Banner
Right Banner

Bəhram Bağırzadə Prezident və birinci xanımla görüşdən DANIŞDI

02.03.2019 17:31 2 349
Bəhram Bağırzadə Prezident və birinci xanımla görüşdən DANIŞDI
Bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü dostluq və səmimi mühitdə keçdi.

Median.Az
-in məlumatlına görə, bunu Trend-ə Əməkdar artist, Rəssamlar və Kinematoqrafçılar İttifaqının, Fotoqraflar Birliyi və Karikaturaçılar Cəmiyyətinin üzvü, əfsanəvi “Parni iz Baku” KVN komandasının üzvü, yazıçı, aktyor və rejissor Bəhram Bağırzadə deyib.

O deyib: “Mənim İlham Əliyevlə ilk görüşüm 1995-ci il sentyabrın 2-də “Parni iz Baku” komandasının qələbəsindən sonra onun kabinetində baş tutmuşdu. İlham Əliyevin dəstəyi sayəsində biz o dövrdə beynəlxalq arenada böyük uğurlara nail olduq. O zamandan təxminən 25 il ötüb və ölkə mədəniyyəti üçün çox işlər görülüb. Dünənki görüş zamanı mənə söz veriləndə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması xahişi ilə müraciət etdim. Mən müraciətimdə təəssüflə dedim ki, biz indiyədək həyat fəaliyyətinin bütün sahələrində Azərbaycanın inkişafına böyük töhfə vermiş görkəmli həmvətənimizə abidə ucaltmamışıq. Mənə diqqətlə qulaq asdığı və təkliflə razılaşdığı, eləcə də Zeynalabdin Tağıyevlə bağlı ailə xatirəsini danışdığı üçün Prezidentə təşəkkürümü bildirirəm”.

Prezident İlham Əliyev deyib: “Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılmışdır. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar. Təkliflər hazırlayın”.

B.Bağırzadənin sözlərinə görə, Prezident İlham Əliyevlə söhbət onun qəlbinə görkəmli həmvətənimiz Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılacağına təkcə ümid yox, həm də əminlik gətirdi:

“Mən həm də çox şad oldum ki, cənab Prezident mənim yaradıcılığımı izləyir və kitablarımı oxuyur”.

B.Bağırzadə abidənin Abdulla Şaiq adına Kukla Teatrının önündəki bağda ucaldılmasını təklif edib:

“Həmin yerdə kiçik postament ucaltmaq və Azərbaycan tarixində ilk dəfə atlara qoşulmuş fayton heykəli quraşdırmaq olar. Hacı Zeynalabdin Tağıyev bu faytonda oturub və gözəl şəhəri seyr edir”.скачать dle 11.3
Mojo.az Banner