Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Təhlükəsizliyi Xidmətində “Qan ver, həyat bəxş et!” şüarı ilə qanvermə aksiyası keçirilib - FOTO

01.03.2019 21:17 3 034
Dövlət Təhlükəsizliyi Xidmətində “Qan ver, həyat bəxş et!” şüarı ilə qanvermə aksiyası keçirilib - FOTO
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları "Qan ver, həyat bəxş et!" şüarı ilə DTX-nin Hərbi tibb idarəsində təşkil olunmuş qanvermə aksiyasında iştirak ediblər.

Median.Az
bildirir ki, DTX-dən Trend-ə verilən məlumata görə, aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə birgə hazırlanmış qrafik üzrə həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq əməkdaşların yüksək fəallığı şəraitində keçirilən aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə təşkil olunub. Belə nəcib tədbirlər ölkədə qan ehtiyatının daha da artırılmasına yönəlib.

Toplanılan qan Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.

скачать dle 11.3
Mojo.az Banner