Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Talassemiya və hemofiliya xəstələri üçün qanvermə aksiyası keçiriləcək

01.04.2021 21:23 915
Talassemiya və hemofiliya xəstələri üçün qanvermə aksiyası keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə növbəti qanvermə aksiyası keçirəcək.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, hər il dünyada və Azərbaycanda minlərlə uşaq bu diaqnozla anadan olur. Anadangəlmə qanın laxtalanma prosesinin pozğunluğu olmaqla, bu xəstəlik yalnız ondan əziyyət çəkən şəxslərin deyil, ümumilikdə dövlətin və cəmiyyətin sosial – iqtisadi problemidir.

Bu kimi halların qarşısını almaq və müalicəsinin səmərəliliyini artırmaq məqsədilə ölkəmizdə mövcud qanunvericilik təkmilləşdirilir, irsi qan xəstəlikləri üzrə dövlət proqramları qəbul edilir, dərman preparatları ilə ödənişsiz təminat həyata keçirilir.

Müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri, könüllülər, bir sözlə hər bir vətəndaşımızda bu işə öz töhfəsini verməklə ömürlük bu problemlə mübarizə aparmağa məhkum olmuş soydaşlarımıza və onların ailələrinə dəstək işində yaxından iştirak etməlidir.

Odur ki, Sizin hər birinizi 12-13 aprel 2021-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankında (Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 65) keçiriləcək növbəti –“Qan verək, həyat bəxş edək” – aksiyasında iştiraka dəvət edirik.скачать dle 11.3
Mojo.az Banner