Mojo.az Banner
23:02 Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır? - Video  |     22:57 Bakıda yeni “moll” tikiləcək  |     22:48 Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə  |     22:43 Kanye Uestin Türkiyə konserti “Spotify”dan çıxarıldı  |     22:37 Çəpiş əti neçəyə satılır və tələbat varmı? (Video)  |     22:30 Daşınmaz əmlakın sığortası: Vətəndaş niyə maraqlı deyil?  |     22:24 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri Bakıya təxliyə olundu  |     22:19 Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     22:13 Kosmosda qonşu rəqabəti: Mask və Bezos orbitdə üz-üzə gəlir  |     22:00 Yardımlıya dolu düşüb, bu ərazilərə qar yağır  |     22:00 Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işləri nə vaxt yekunlaşır? (VİDEO)  |     21:54 Müəllimlərin əməkhaqları yenidən arta bilər - Yeni təklif (Video)  |     21:49 Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?  |     21:41 Azərbaycanın olimpiada tarixində ilkə imza atmışdı – MIT-ə qəbul oldu  |     21:36 Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?  |     21:28 "Qarabağ"ın rəqibinə 4 cavabsız qol vuruldu  |     21:20 Dağıstanda təhlükəli virusla bağlı təcili peyvəndləmə başladı  |     21:15 İsrail Müdafiə Nazirliyinin yaxınlığında kasetli sursat partlayıb  |     21:09 Sumqayıt xəstəxanasında insident: Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?  |     21:01 "Bu rejim gec-tez süqut edəcək" - İsrail XİN  |    
Left Banner
Right Banner

Novruz yarmarkaları fəaliyyətə başlayır

01.03.2019 20:30 1 828
Novruz yarmarkaları fəaliyyətə başlayır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək. Yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaqdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkaları paytaxt Bakıda 14 ünvanda - Yasamal rayonunda H.Cavid prospektində, AMEA-nın binasının qarşısındakı parkda, Nərimanov rayonunda F.X.Xoyski prospektindəki Qələbə meydanında (metronun Gənclik stansiyasının çıxışı), Nizami rayonunda iki yerdə - Qara Qarayev prospekti 55/57 ünvanının qarşısındakı “Orbita” ticarət mərkəzinin avtomobil dayanacağında və C.Naxçıvanski küçəsi 74-də 8-ci kilometr yarmarkasında, Səbail rayonunda iki yerdə - Seyran Məmmədov küçəsi 6 ünvanında və Nizami küçəsi 154-də “Landmark” mehmanxanasının yanında, Binəqədi rayonunda 7-ci mikrorayondakı Kunanbayev küçəsində, Xətai rayonunda Məzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 28 May küçəsindəki Olimpiya İdman bazasının qarşısında, Nəsimi rayonunda Mərdanov Qardaşları küçəsi 59 ünvanında, Pirallahı rayonunda Pirallahı qəsəbəsindəki K.Rzayev küçəsi 14-də qeyri-yaşayış obyektində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin M.Fətəliyev küçəsi 72 ünvanında, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Yeni Günəşli “V” yaşayış sahəsindəki “Günəş” ticarət mərkəzində və Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki S.Yesenin küçəsi, döngə 2 ünvanında təşkil olunacaq.

Bakı şəhərində təşkil olunacaq 14 yarmarkada satışa respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılacaq.

Təşkilatçılar paytaxt sakinlərini yarmarkalara dəvət edirlər.
скачать dle 11.3
Mojo.az Banner