Mojo.az Banner
19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |     19:42 Qobustanda "Hyundai" dirəyə çırpıldı, sürücü öldü  |     19:37 Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər (VİDEO)  |     19:29 Bu dərmanı içənləri 20 il sonra təhlükə gözləyir – Professordan XƏBƏRDARLIQ  |     19:24 İstidə idman edənlərə xəbərdarlıq  |     19:16 Bu səhvi edənlər yayda daha çox kommunal ödəniş edir  |     19:11 Pulu evdə bu yerlərdə gizlətməyin  |     19:03 Həm tox saxlayır, həm çəki artırmır: 9 sağlam qida  |     18:58 Bakı kəndlərində minlərlə ailə bu sudan istifadə edir – XƏBƏRDARLIQ!  |     18:51 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəlib  |     18:46 Avropada meşə yanğınlarının vurduğu ziyan açıqlandı  |     18:40 Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu  |     18:31 Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı  |     18:26 Girişi pullu edilən Ramramay şəlaləsinə qalxan yol bərbad vəziyyətdədir - VİDEO  |     18:18 Tarixi Vaşinqton görüşü nələri dəyişdi? - VİDEO  |     18:10 Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı  |     18:05 Blogerin əri xanımının ad günündə vəfat edibmiş  |     17:56 Naxçıvandakı pensiyaçılara şad xəbər  |     17:53 İrandan Azərbaycana gətirilən narkotiki satmaq istəyən şəxslər saxlanılıb  |    
Left Banner
Right Banner

Bakıda marafon keçiriləcək

01.03.2019 12:39 2 355
Bakıda marafon keçiriləcək
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək.

Bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər martın 4-dən mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.

Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə info@marathon.az elektron poçt ünvanına yazaraq müraciət edə bilər.

Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.

Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi ilə təşkil olunacaq.

“Bakı Marafonu-2019”un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk üç yer uğrunda mübarizə aparacaqlar.

Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi üç min manat, 2-ci yerin qalibi iki min maant, 3-cü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu-2019”un xüsusi medalları ilə təltif ediləcək.

Bundan əlavə, marşrut boyunca bir sıra əyləncəli proqramlar təşkil ediləcək.

Qeyd edək ki, ötən il keçirilən sonuncu Bakı marafonunda 18 min iştirakçı qeydiyyatdan keçmişdi.скачать dle 11.3
Mojo.az Banner