Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezidentin köməkçisi: Vətəndaşlara kompensasiya üçün kart hesabı açılacaq

01.03.2019 12:01 4 547
Prezidentin köməkçisi: Vətəndaşlara kompensasiya üçün kart hesabı açılacaq
Devalvasiyadan yaranan xarici valyutada olan kreditlərin dəyər artımına görə veriləcək kompensasiya vətəndaşların bu gün mövcud olan kreditlərinin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Söhbət ödəmə müddəti 360 gündən keçən 10 min ABŞ dolları və 17 min manatadək olan kreditlərdən gedir. Həmin kreditlərin faizləri və dəbbə pulları silinəcək.

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun sözlərinə görə, əgər ödənilən vəsait kreditin bağlanması üçün yetərli deyilsə, kreditin qalan hissəsi ucuz kredit vasitəsilə vətəndaş üçün daha uzun müddətə uzadılacaq.

“Yox, əgər kreditə görə ödənilən kompensasiyası devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş üçün kart hesabı açılacaq və vəsait oraya yönəldiləcək.

Tövsiyəmiz odur ki, vətəndaşlar evlərində rahat otursunlar, Maliyyə Bazarlarına Nəzarət Palatası banklar və Mərkəzi Bankla birlikdə hər bir vətəndaş üzrə adbaad hesablama aparacaq. Əgər kredit qalığı qalırsa, vətəndaş dəvət olunacaq və yeni kredit müqaviləsi bağlanacaq. Öz vəsaiti hesabına həmin krediti bağlayan vətəndaşlar isə kompensasiyanı tam məbləğdə alacaqlar”, - deyə N.Əmirov vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner