Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bərdədə 13 yaşlı uşaq enerji içkisindən ölüb? - Nazirlikdən açıqlama

27.02.2019 19:21 1 669
Bərdədə 13 yaşlı uşaq enerji içkisindən ölüb? - Nazirlikdən açıqlama
Səhiyyə Nazirliyi Bərdədə uşağın enerji içkisindən ölməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Nazirlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bərdədə ölən uşağın enerji içkisindən vəfat etməsi xəbərləri həqiqəti əks etdirmir:

"Bərdə rayonu, Dəymədağıldı kənd sakini, 2006-ci il təvəllüdlü Babazadə Şamiq Namiq oğlu fevralın 26-da ağır vəziyyətdə Bərdə Birləşmiş Uşaq Xəstəxanasına gətirilib. Xəstənin müayinəsi zamanı ilkin olaraq rentgenoqrafiya "Sol tərəfi plevropnevmaniya, ağciyərin emfizeması” diaqnozu qoyulub.

Xəstəyə tibbi yardım göstərilməsinə baxmayaraq, onun vəziyyətinin yaxşılaşmaması və diaqnozun dürüstləşdirilməsi üçün tibbi yardım maşını və həkim nəzarəti altında respublika klinik Uşaq Xəstəxanasına göndərilib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Döş qəfəsinin KT müayinəsi edilib və o, "Sağ ağciyərin orta payının şişi, ağciyər emfizeması, hematoraks, hər iki ağ ciyərdə” plevropnevmaniya diaqnozu ilə Təcili Yardım Xəstəxanasının uşaq cərrahiyyəsi şöbəsinə köçürülüb”.

"Xəstə həmin şöbəyə daxil olduğu qısa müddət ərzində vəfat edib”, - deyə qeyd edilib.

Qeyd edək ki, ötən gün Report 13 yaşlı Bərdə sakininin enerji içkisindən öldüyü barədə məlumat yaymışdı.

Son xəbərlər