Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Evində ayı saxlayan iş adamı - “Məcbur qalıb bağıma gətirdim”

27.02.2019 13:57 2 677
Evində ayı saxlayan iş adamı - “Məcbur qalıb bağıma gətirdim”
Qubanın Mirzəqışlaq kəndindəki evində ayı saxladığı deyilən məşhur iş adamı Abbas Zeynalov haqqındakı məlumatlara münasibət bildirib.

Median.Az
xəbər verir ki, o, BakuPost-a açıqlamasında deyib ki, illər öncə bu ayı balasını yaralı halda rəhbəri olduğu restorana gətiriblər və o da saxlamağa qərar verib: "Mən illər öncə Qubada "Orman” adlı restoran işlədirdim. Həmin vaxt bu ayı balasını mənə gətirdilər. Anasını meşədə vurub öldürmüşdülər. Bu balanın da ayağı qırılmışdı, yaralı idi. Biz də onun qayğısına qaldıq, sağaltdıq, bir müddət elə restoranda qaldı. Sonra keçmiş nazir Hüseynqulu Bağırov həmin restoranı dağıtdığı üçün məcbur qalıb, ayı balasını Qubadakı bağıma gətirdim”.

A.Zeynalov deyib ki, dəfələrlə Bakı Zooloji Parkının direktoru Azər Hüseynova bu ayını götürüb saxlamaları üçün müraciət edib: "Lakin, Azər müəllim hər dəfə ayının xəstə olduğunu bəhanə edib, heyvana sahib çıxmaqdan imtina etdi. Ayının tez-tez ürəyi gedirdi, qolu qırıq idi, indi də ayağı axsayır. Dövlət qurumları əgər bu heyvana sahib çıxmaq istəyirsə, məmnuniyyətlə bunu dövlətə verməyə hazıram. Mən sadəcə xəstə bir heyvana qulluq edib, onu saxlayıb böyütmüşəm. Bu elə heyvandı ki, açıb meşəyə buraxmaq da olmaz. Mən sadəcə insanlıq eləmişəm, yoxsa o mənim nəyimə lazımdı? Onun saxlanmasına bilirsiz nə qədər vəsait xərclənir?”.

A.Zeynalov xalası oğlu olan keçmiş nazir Hüseynqulu Bağırovla münasibətlərindən də danışıb. Bildirib ki, onunla heç bir əlaqəsi yoxdur: "Mənim onunla heç bir münasibətim yoxdur. Hamı bilir ki, o mənim Qubadakı restoranımı yerlə-yeksan etdirib, mənə maddi və mənəvi ziyan vurub”.

Hazırda ağır xəstəlikdən xaricdə müalicə olunan Abbas Zeynalov indiki məqamda bu ayı məsələsinin bu şəkildə təqdim olunmasını bəzi adamlar tərəfindən məqsədli şəkildə edildiyini bildirib: "Tamamilə cəfəngiyat iddialar yayırlar. Bunu yayan adamlara ayıb olsun. İnşallah onlarla o dünyada qarşılaşacağıq”.

Qeyd edək ki, dünən mətbuatda belə məlumat yayılmışdı ki, iş adamı Abbas Zeynalov Qubadakı fərdi təsərrüfatında "Qırmızı kitab”a düşmüş və saxlanması qanunla qadağan edilən qonur ayı saxlayır.скачать dle 11.3
Mojo.az Banner