Mojo.az Banner
16:32 Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxundu  |     16:17 Azərbaycanda Əməkdar müəllim VƏFAT ETDİ - FOTO  |     16:12 Məmur hoteldə səs salan qonşusu ilə dava etdi - FOTO - VİDEO  |     15:51 Günəşin yeganə aktiv mərkəzi tezliklə Yerə doğru dönəcək  |     15:50 Quba-Qusar sərhədində sürüşmə qeydə alınıb  |     15:34 Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi - FOTO  |     15:29 Yumurta bu səbəb görə ucuzlaşdı - Elmlər doktoru açıqladı  |     15:25 Bakıda DÖRD NƏFƏR dənizdə batdı  |     15:10 Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?  |     15:07 Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ  |     13:54 Bu çimərliklərdə çimmək qadağan edildi - RƏSMİ  |     13:46 Bakıda müəllimlər nə qədər maaş alır?  |     13:37 Qardaşının evinə qonaq gedən gənc qız faciəvi şəkildə öldü  |     12:21 Bu həftə 4 gün işləyəcəyik  |     12:13 İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır  |     12:01 Məşhur teleaparıcı xəstəxanaya yerləşdirildi  |     11:45 Dünya bazarında neft UCUZLAŞIR  |     11:09 Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin 10-15 faiz artacağı gözlənilir - Video  |     11:07 Ermənistanda Konstitusiya Məhkəməsi seçki ilə bağlı iddiaları icraata götürdü  |     10:51 Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib - FOTO  |    
Left Banner
Right Banner

Leyla Əliyeva “Ağrı”nın təqdimatında - FOTOLAR

26.02.2019 11:21 3 916
Leyla Əliyeva “Ağrı”nın təqdimatında - FOTOLAR
Fevralın 25-də Bakı Kitab Mərkəzində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva iştirak edib.

Əvvəlcə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində lentə alınmış videoçarx nümayiş olunub.

Yəhudi və Azərbaycan xalqlarını böyük faciələr və qəhrəmanlıqların birləşdirdiyini deyən Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev vurğulayıb ki, Holokost kimi Xocalı soyqırımı da insanlığa qarşı törədilmiş cinayətdir. Holokost və Xocalı faciələri mahiyyətcə eynidir. O, Ermənistandan fərqli olaraq, Azərbaycanda daim müxtəlif mədəniyyətlərə və dinlərə məxsus insanların dinc yanaşı yaşadıqlarını, ölkədə multikultural dəyərlərə hər zaman hörmət edildiyini və qorunub saxlanıldığını bildirib.

Əməkdar jurnalist Qulu Məhərrəmli israilli müəlliflərin ərsəyə gətirdikləri romanı Xocalı soyqırımı qurbanlarının xatirəsinə dəyərli bədii abidə adlandırıb.

Xocalıda törədilmiş soyqırımı aktının canlı şahidi, hazırda İsrail vətəndaşı olan Əsəd Fərəcov faciə ilə bağlı acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Romanın həmmüəllifi Arye Qut əsərin yazılması səbəbləri haqqında danışaraq, əsas məqsədin dünya ictimaiyyətinə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı və ötən əsrin ən dəhşətli etnik təmizləmələrindən biri olan, 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı soyqırımı haqqında geniş məlumat vermək olduğunu bildirib. İsrail vətəndaşı olmasına baxmayaraq, Azərbaycanda doğulduğunu və buranı öz doğma vətəni kimi sevdiyini bildirən həmmüəllif bu səbəbdən Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktının özünün şəxsi ağrı-acısı, faciəsi olduğunu qeyd edib.

“Ağrı” romanında XX əsrin faciəsi - Xocalı soyqırımı ətraflı təsvir olunub. Müəlliflər canlı şahidlərin - Xocalıda kütləvi qırğından sağ çıxa bilmiş sakinlərin ifadələri əsasında “əzabkeş” erməni xalqının iç üzünü açıb, Azərbaycan xalqının kədərini və faciəsini ürəkağrısı ilə təsvir ediblər. Əsərdə müxtəlif dinlərə və millətlərə mənsub olan, fərqli mühitlərdə böyümüş, taleyin qisməti ilə gözəl Bakı şəhərində rastlaşan iki gəncin - Polad və Röyanın sevgi tarixçəsi təsvir olunur. Bildirilir ki, Röya hələ uşaq ikən erməni cəlladlarının Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri amansız qırğının şahidi olub. O, xalqının zorla cəlb edildiyi müharibənin bütün itki və dəhşətlərini yaşayıb. Röya böyüdükdən sonra soyqırımı zamanı sağ qalmış həmyerlilərinə itkin düşmüş doğmalarını və yaxınlarını tapmaq üçün kömək etmək qərarına gəlir. O, var qüvvəsi ilə Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışır.







скачать dle 11.3
Mojo.az Banner