Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar |
Mojo.az Avto
Mojo.az Avto

Ögey analarının uşaq dünyaya gətirməsinə etiraz edən bacı-qardaş özünə qəsd edib - TƏFƏRRÜAT

25.02.2019 19:17 2 160
Ögey analarının uşaq dünyaya gətirməsinə etiraz edən bacı-qardaş özünə qəsd edib - TƏFƏRRÜAT
Bakıda qardaş və bacının özlərinə qəsd etmələrinin təfərrüatları məlum olub.

Median.Az
ONA-ya istinadən bildirir ki, fevralın 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində 19 yaşlı Asim Kərimovun özünü asaraq intihar etməsi, bacısı, 23 yaşlı Aysel Kərimovanın isə sirkə turşusu içərək intihara cəhd etməsinə ataları ögey analarından uşaq dünyaya gətirmək istəməsi səbəb olub.

Belə ki, Asim və Aysel 6 il əvvəl analarını itirib. Ataları Bakir Kərimov həyat yoldaşının ili çıxmamış yenidən ailə həyatı qurub. Uşaqlarla ataları arasında ilk problem də həmin vaxtdan başlayıb. Lakin sonradan münasibətlər normallaşıb.

Bu ilin əvvəlində isə ögey anasının hamilə qaldığını öyrənən bacı və qardaşın ataları ilə münasibəti yenidən pisləşib. Mərhum Asim Kərimov atasına "o uşaq dünyaya gəlsə, özümü öldürəcəm" deyə xəbərdarlıq edib. Lakin B. Kərimov oğlunun etirazına məhəl qoymayıb. A. Kərimov yaşadığı evdə özünü asıb.

A.Kərimova isə qardaşı dəfn edilən gün sirkə turşusu içərək canına qəsd edib. 1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilən A.Kərimovanın vəziyyətinin orta-ağır qiymətləndirilir.

Son xəbərlər