Mojo.az Banner
11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İt döyüşü zamanı kütləvi dava - Hadisə şahidləri danışdı - VİDEO

25.02.2019 13:48 4 582
İt döyüşü zamanı kütləvi dava - Hadisə şahidləri danışdı - VİDEO
Yardımlıda it döyüşdürənlərin özləri əlbəyaxa olublar.

Xezerxeber.az-ın məlumatına görə, gənclərin it boğuşdurması kütləvi davaya çevrilib. Hadisədə 1 nəfər ölüb.

Gənclər arasında düşən kütləvi dava Yardımlı rayonunun Lərzan kəndi ərazində baş verib. Bir qurup gənc itləri boğuşdurmaqdan ötrü kəndin ərazsində toplaşıblar. İt boğuşdurma yarışı sahiblərinin mübahisəsinə çevrilib və daha sonra kütləvi dava olub. Dava zamanı tərəflərdən biri bıçaqdan istifadə edib.

Dava zamanı xəsarət alan Pərviz İsgəndərovun sözlərinə görə, dünyasını dəyişən qardaşının güclü çoban iti olub. Digər kənddən gələn gənclərin iti ilə boğuşdurulub və qalib çıxıb. Buna əsəbləşən gənclər dava etməyə başlayıblar. Nəticədə Lərzan kənd sakini 34 yaşlı Bəhruz İsgəndərov ağır bədən xəsarəti aldığından Yardımlı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Xəsarət alanlardan Şovud kənd sakini 27 yaşlı Teymur Hüseynov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına, 30 yaşlı Pərviz İsgəndərov və 23 yaşlı İbrahim Mirzəyev Masallı Rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


скачать dle 11.3
Mojo.az Banner