Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi | 20:47 Azərbaycan məhsulları ixrac bazarlarında fitosanitar tələblərə uyğunluğu ilə seçilir | 20:40 Bu xəstələr üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişdi |
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda kütləvi davanın təfərrüatı məlum olub

29.10.2024 11:16 1 164
Lənkəranda kütləvi davanın təfərrüatı məlum olub
Lənkəranda baş verən kütləvi davada beş nəfər xəsarət alıb.

APA xəbər verir ki, gənclər arasında yaranan kütləvi dava təsadüfən baş verib. İlkin məlumata görə, mübahisəyə səbəb tərəflərdən birinin axşam saatlarında kənd yolunda avtomobili yüksək sürətlə idarə etməsi olub. Qarşı tərəfin avtomobili saxlatdırıb irad bildirməsi ilə mübahisə yaranıb və zərbənin təsirindən gənclərdən biri yıxılaraq yol kənarında olan dəmir məhəccərin üstünə düşüb. O, döş qəfəsi nahiyəsindən kəsici-deşici xəsarət alıb.

Kütləvi dava nəticəsində ümumilikdə 5 nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, hadisə ötən gecə Lənkəran rayonunun Ürgə kəndi ərazisində qeydə alınmışdı.

Son xəbərlər