Mojo.az Banner
15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov: "Araz Abdullayevi performansından narazı olduğum üçün cəzalandırdım"

23.02.2019 21:18 2 256
Qurban Qurbanov:
"Yaxşı və maraqlı oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Qol epizodları olsa da, istifadə edə bilmədik. 1 xal qazandıq və 2 xal itirdik. Bu cür itkilərin olacağını əvvəlcədən demişdim".

Median.Az
report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis qış fasiləsindən sonrakı 4 matçda komandasının çıxışını belə dəyərləndirib: "Oyunumuzun daha yaxşı, hər bir futbolçumuzun isə yüksək səviyyədə oynamasını istəyirəm. Fasilədən sonrakı 4 oyunda 12 xal qazanmaq istəyirdik. Razı qaldığım və qalmadığım məqamlar var".

"Qarabağ" bu nəticədən sonra "Neftçi" ilə xallarını bərabərləşdirmələrinə rəğmən, 1-ci pilləyə yüksələ bilməyib. Qurbanov çempionluq yolunda əsas rəqiblərinin yox, yalnız öz oyunlarını düşündüklərini diqqətə çatdırıb: "Biz ilk növbədə, öz oyunlarımızı qələbə ilə başa vurmaq istəyirik".

Baş məşqçi Araz Abdullayevin əvəzedici heyətə göndərməsindən və əvəzetmələrdən tam yararlanmamasından da söz açıb: "Arazın çıxışından bir qədər narazı idim. Onu dünən əvəzedici heyətə göndərdim. Əvəzetmələrə gəldikdə, hücumu gücləndirə biləcək iki futbolçu var idi. Onlardan Abdullah Zubir zədəli idi. Oyunun bitməsinə 10 dəqiqə qalmış qapımızda qol gördük. Matç da istədiyimiz kimi gedirdi. Bu səbəbdən əvəzləmə etmədim".

Qurbanov hazırda "Sabah"ın heyətində çıxış edən Coşqun Diniyevin keçmiş komandası "Qarabağ"a qarşı xüsusi motivasiya ilə çıxış etməsini isə normal sayıb: "İstənilən futbolçu keçmiş komandasına qarşı motivasiya ilə hazırlaşır".

Qeyd edək ki, Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyununda “Sabah” “Qarabağ”ı qəbul edib.скачать dle 11.3
Mojo.az Banner