Mojo.az Banner
11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu da İranda bayrağımız üçün mübarizə aparan 11 yaşlı Zəhra - VİDEO

22.02.2019 23:54 4 158
Bu da İranda bayrağımız üçün mübarizə aparan 11 yaşlı Zəhra - VİDEO
Bir müddət əvvəl İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda iştirak edən 11 yaşlı həmyerlimiz Zəhra Salmanova vətənpərvər bir addım atıb. O, yarışın keçirildiyi zalda bayrağımızın erməni bayrağından aşağıda asılmasına etiraz edib və bayrağın yerinin dəyişdirilməsinə nail olub. Hətta o, erməni rəqibini də məğlub edərək qızıl medal qazanıb.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş karate üzrə yarışda örnək bir addım atıb. O, turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etiraz edib. Zəhra Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib.

Bayraq daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli bütün rəqiblərinin üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.

Zəhranın sözlərinə görə, müxtəlif idman yarışlarında iştirak etsə də, bu yarışın və medalın yeri onda tam fərqlidir.

Zəhra deyir ki, idman artıq onun həyatının ən önəmli hissəsinə çevrilib. Amma bununla bərabər dərslərini də yaxşı oxuyur.скачать dle 11.3
Mojo.az Banner