Mojo.az Banner
12:21 Bu həftə 4 gün işləyəcəyik  |     12:13 İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır  |     12:01 Məşhur teleaparıcı xəstəxanaya yerləşdirildi  |     11:45 Dünya bazarında neft UCUZLAŞIR  |     11:09 Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin 10-15 faiz artacağı gözlənilir - Video  |     11:07 Ermənistanda Konstitusiya Məhkəməsi seçki ilə bağlı iddiaları icraata götürdü  |     10:51 Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib - FOTO  |     00:53 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI  |     00:52 Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü - Oğlu saxlanıldı  |     20:02 Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü  |     19:57 Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur (Video)  |     19:49 Bakıda modelin döşəyin altında gizlətdiyi pullar oğurlandı  |     19:43 "Bir qəpiyə yumurta sabah olacaq" (Video)  |     19:38 Saatlıda 16 yaşlı qız zəhərlənib öldü  |     19:32 Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ  |     19:27 İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLUN  |     19:19 Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı  |     19:13 “Bütün xalqımızdan üzr istəyirik” - Arda Gülər  |     19:05 Göygöldə mikroavtobus aşdı: xəsarət alanlar var  |     19:00 Təhsildən kütləvi ayrılma: 13 min tələbə niyə oxumaqdan imtina etdi?  |    
Left Banner
Right Banner

Atatürk parkında nə baş verir? - Narazılığa səbəb olan hadisəyə mütəxəssis baxışı

21.02.2019 19:32 2 293
Atatürk parkında nə baş verir? - Narazılığa səbəb olan hadisəyə mütəxəssis baxışı
Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkında ağacların budanması bəzi narazılıqlar yaradıb. Əvvəlcə parkdan çəkilən fotolar “ağacları qırırlar” fikri yaratsa da, verilən rəsmi açıqlamalar bunun budanma olduğunu göstərdi. Lakin yenə də əhali arasında söz-söhbət bitmək bilmir. Bəziləri budanmanın düzgün aparılmadığını deyir, bəziləri isə ağacların köçürüləcəyini iddia edir.

Median.Az
xəbər verir ki, oxu.Az məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyevlə əlaqə saxlayıb.

Mütəxəssis bildirib ki, Atatürk parkındakı budama işləri düzgün aparılıb:

“Qış nisbi sükunət dövrü quru budamanın əsl vaxtıdır. Əgər oradakı şam, sərv kimi yaşıl ağacları budasaydılar, o zaman belə kəsimin qadağan olduğunu demək olardı. Parkda yarpağını tökmüş ağacların başını kəsiblər, bitkiçilik, meyvəçilikdə buna cavanlaşdırma deyirlər”.

A.Mehrəliyev bildirib ki, belə budanmanın çoxlu məqsədi və istiqamətləri var.

“Belə ağacları hündürlüyündən asılı olaraq, 2-3 metr yuxarıdan çəpinə kəsirlər ki, o cavanlaşsın. Yazda orada cavan zoğlar əmələ gələcək.

İkincisi, əgər bu bitkinin altında yeni bəzəkli kol əkilirsə və yaxud orada müəyyən tədbir həyata keçiriləcəksə, bu məqsədlə də ağaclar belə budanmalıdır. Çünki o, kölgə salır və əkilən yeni bitkilərin inkişafına imkan vermir.

Üçüncüsü, buradan ayaqüstü hərəkət zolağı keçirsə, çəkilən yolda insanlara mane olan bütün budaqlar kəsilməlidir”, - o əlavə edib.


Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məsələ ilə bağlı saytımıza açıqlamasında parkda əsaslı təmir işlərinin başladığını bildirib.

“Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, parkda yenidənqurma işləri aparılır, qanunsuz obyektlər sökülür. Burada qoca ağaclarda sanitar qulluq, aqrotexniki qulluq, dərin budanma, yəni cavanlaşma işləri aparılır. Parkda gövdəsi çürümüş və qurumuş bir neçə qovaq ağacı kəsilərək götürülüb”, - O.Məmmədov deyib.

O qeyd edib ki, ağaclar tumurcuqlamadığı və inkişaf fazasını dayandırdığı üçün bu dövrdə budanma düzgündür.

“Bu budanmadan sonra həmin ağacların ömrü 15-20 il artır. Dərin budama işləri Bakı mühitində təxminən ağacın 30-35 yaşından sonra başlanılır. Bakı mühitində münbit torpaq olmadığı və iqlimi fərqli olduğu üçün ağaclar tez qocalır. Ümumilikdə, iynəyarpaqlı ağacları çıxmaq şərti ilə Bakıdakı ağacların 90 faizini 5-6 metr hündürlükdən budamaq lazımdır.

Bakı küləklər şəhəridir, şəhərin münbit torpağı yoxdur, bu səbəbdən ağaclar tez aşır. Budanma işləri də aşmanın qarşısını alır. Gələcəkdə şəhər ərazisində iynəyarpaqlı ağaclar istisna olmaqla, aşma təhlükəsi olan ağaclarda budanma işləri aparmağa çalışacağıq”, - şöbə rəisi deyib.скачать dle 11.3
Mojo.az Banner