Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Hüseyn Dəryanın qızından analiz tələbi: "Deyirlər ki, atamın oğlu yoxdur"

20.02.2019 23:40 3 516
Hüseyn Dəryanın qızından analiz tələbi:
Mərhum repçi Hüseyn Dəryanın qızı Aişə "Bizimləsən" verilişinə üz tutub.

Median.Az
axsam.az-a istinadən xəbər verir ki, o, H.Dəryanın Sona İbadova ilə evliliyindən dünyaya gələn oğlu Cahangir haqda danışıb. Aişə Cahangirin analiz verməsini və qardaşı olub-olmamasını öyrənmək istədiyini bildirib:

"O, məşhurlaşanda mən həyatda yox idim. Sonra anamla ailə qurdu və mən dünyaya gəldim. O, mənim üçün qəhrəman idi. Onunla fəxr edirəm. Çünki Hüseyn Dərya bir ilk idi. Gəldi və getdi.

Biz hər zaman yaxın olmuşuq. Tək problemimiz o idi ki, biz Azərbaycanda yaşamırdıq. Amma atamla həmişə əlaqəmiz var idi. İlk övladı idim. Həmişə mənə deyirdi ki, sən əvəzolunmazsan.

Daha sonra 2014-cü ildə atam rəhmətə getdi. Balaca idim. Atam dünyasını dəyişdikdən sonra böyüməyə başladım. Mənə təsir edən o oldu ki, gerçəkləri öyrənə bilmədən atamı itirdim. Bu illər ərzində ağlımda suallar qaldı.

Anam efir insanı deyil. 17-18 ildə anamın kim olduğunu heç kim görməyib. Atam rəhmətə getməzdən əvvəl deyirdim ki, istəyirəm qardaşım olmasına əmin olum. Sosial şəbəkələrdən istifadə edirəm. Hər kəs deyir ki, Hüseyn Dəryanın oğlu yoxdur. Sağ olanda da atamın adına qalmaqallar, sözlər çıxarıldı. Amma artıq onun adının belə hallanmasını təhqir kimi qəbul edirəm.

Əminəm ki, o, mənim qardaşımdır. Atam sağ olanda qardaşımla çox illərimizi itirdik, bir yerdə deyildik. Gələcəkdə onunla bir-birimizə dayaq olacağıq. Onların da şübhəsi varsa, gəlsinlər analiz verək. Mən test etməyə hazıram".

Son xəbərlər