Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Hüseyn Dəryanın oğlundan ÜRƏK DAĞLAYAN SÖZLƏR – VİDEO

05.02.2019 18:53 3 797
Hüseyn Dəryanın oğlundan ÜRƏK DAĞLAYAN SÖZLƏR – VİDEO
ARB TV-nin “Bu qədər” proqramın da bu dəfə mərhum reper Hüseyn Dəryanın həyatından danışılıb.

Reperin dostları, həyat yoldaşı və oğlu onunla bağlı xatirələrini bölüşüb:

Sona İbadova – Həyat yoldaşı: “2001-ci ildə konsertinə getdim. Bu konsetrdə demişdi ki, ən fəal fanatlarım yeni klipimdə yer alacaqlar. Mən çox istəyirdim o klipə çəkiləm, çünki, mən onun fanatı idim. Onunla şan-şöhrətinə görə ailə qurmamışam. Biz evlənəndə o sıfırda idi. 2005-ci ildə ailə qurduq, kirayədə yaşayırdıq. Evlənəndə mənə dedi ki, sən balacasan, mən işləmirəm, bizə çətin olacaq. Dedim, eybi yox, ikimiz də işləyərik.

Cahangirin 1 yaşı olanda restorana getdik, Hüseyn ad günündən çıxdı, biz getdik anamgilə. O da “mən birazdan gələcəm” deyib, bizdən ayrıldı. Səhər mənə zəng gəldi ki, Hüseyn Dərya həbs olunub. Onu görəməyə icazə vermirdilər. Mənim çoxsaylı xahişlərimdən sonra 1, 2 dəqiqəlik icazə ala bildim. Gözüm qapıda idi, qapıdan keçəndə gördüm əli qandallı gətirirlər. Çox pis oldum, ağlamağa başladım. Qandalını açdılar, biz görüşdük. Gəlişi kimi, gedişi də əfsanə oldu. Şou-biznesdə onun kimi partlayış edən, sevilən müğənni olmadı, hələ də yoxdur”.

Cahangir Dərya – Oğlu: “Anamdansa atamla bağlı xatirələrim çoxdur. Yaxşı ata kimi yadımda qalıb. Mənə pişik deyirdi. İndidən məni sevən kütlə var, gələcəkdə də çoxalacaq. Məni ən çox atama görə sevirlər. Adi insanın oğlu olsaydım məni heç kim tanımazdı. Atam çox yatırdı. İndi yanımda olsa ona deyərdim ki, çox yatma, mənimlə vaxt keçir. Onunçün darıxdığımı ona deyərdim. Əlacım olsa atamı yanıma gətirərdim”.

Son xəbərlər