Mojo.az — elanlar
RU
Son Xəbərlər
20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevirdə ağaclar kütləvi şəkildə kəsilib? - VİDEO

20.02.2019 16:35 2 491
Mingəçevirdə ağaclar kütləvi şəkildə kəsilib? - VİDEO
Mingəçevirdə ağacların kəsildiyinə dair videogörüntülər yayılıb.

Hadisə dünən şəhərin Heydər Əliyev 72 ünvanında baş verib.

Hadisə şahidi, Mingəçevir şəhər sakini Abdullayev Ülvi Abdulla oğlu deyir ki, ağacların çıxarılmasına rəsmi münasibət bildirilmir. Onun sözlərinə görə, Mingəçevirdə yaşıllıqlar qanunsuz şəkildə məhv edilir və heç kim buna reaksiya vermir.

Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin müdir müavini Aqil Məhərrəmov bildirib ki, ağacların zəbt edilən ərazidən çıxarılıb başqa ərazidə basdırılmasına dair məhkəmə qərarı var:

“İki qonşu arasında mübahisəli məsələ olduğu üçün problemin həll olunması ilə bağlı məhkəməyə müraciət olunub. Vətəndaşlardan biri digərinin evinin qarşısında ağac əkib. Bu isə ev sahibinin avtomobilinin həyətə giriş-çıxışına mane olub.

Qanun çərçivəsində məsələyə baxılıb və məhkəmə tərəfindən qərar verilib ki, əməkdaşlarımız tərəfindən həmin ağaclar ərazidən çıxarılaraq 5-6 metr kənarda torpağa basdırılsın. Həmin ərazinin yaşıllaşdırılmasına və abadlaşdırılmasına bizim əməkdaşlar nəzarət edir. Yəni burda heç bir qanunsuz proses yoxdur”.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-a açıqlamasında ağacların kəsilmədiyini, köçürüldüyünü deyib:

“Qanunsuz ağac kəsimi olmayıb. Məsələ məhkəmə yolu ilə həll olunub. Nazirliyin nümayəndələri hadisə yerində olub, məhkəmə qərarı ilə tanış olub. Həqiqətən, məhkəmə həmin ərazidəki doqquz ədəd ağacın başqa əraziyə köçürülməsinə qərar verib. Nümayəndələrimizin müşayiəti ilə ətrafa ziyan vurulmadan doqquz ağac ehtiyatla başqa əraziyə köçürülüb”.

Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəis müavini Tahir Abdullayevin verdiyi məlumata görə, sözügedən ərazi onların nəzarətində deyil:

“Mən sözügedən əraziyə getmişəm. Bizim səlahiyyətimizdə olmağı üçün idarəmiz tərəfindən proseslərin gedişinə heç bir müdaxilə olunmayıb”.
/oxu.az

Son xəbərlər