Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Olimpiya Stadionunda bu vaxta kimi neçə toy keçirilib? - AÇIQLAMA

19.02.2019 13:07 2 886
Bakı Olimpiya Stadionunda bu vaxta kimi neçə toy keçirilib? - AÇIQLAMA
Adətən böyük çempionatların keçirildiyi Bakı Olimpiya Stadionu (BOS) bir neçə il əvvəl burada toy mərasimlərinin keçiriləcəyi ilə bağlı məlumat yaymışdı. “Stadionda toy” ifadəsi nə qədər maraqlı səslənsə də, xeyli tənqid obyektinə çevrilmişdi.

Oxu.az-ın əməkdaşı 2016-cı ildə verilən həmin elandan sonra BOS-da nə qədər toy mərasiminin keçirildiyi ilə maraqlanıb. Stadionun PR və media üzrə direktoru Cəmilə Mehdiyeva açıqlamasında bildirib ki, elandan 3 il keçməsinə baxmayaraq BOS-da toy mərasimi təşkil edən olmayıb:

“Toy mərasimləri təşkil edilməyib, yalnız korporativ tədbirlər keçirilib”.

C.Mehdiyeva BOS-un özünü hansı pulla təmin etməsi ilə bağlı suala belə cavab verib:

“BOS-un bir neçə gəlir mənbəyi var. Bu, reklam xidmətləridir, BOS-un biznes strukturları var, icarədarları var, bəzi tədbirlər keçirilir. Ancaq bunu kommersiya sirri olduğu üçün tam açıqlaya bilmərik”.

Qeyd edək ki, BOS-un 2016-cı ildə yaydığı məlumatda mart ayının 19-da burada ilk toy mərasimin təşkil olunacağı bildirilmişdi.скачать dle 11.3
Mojo.az Banner