Mojo.az Banner
21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

41 yaşlı kişi arvadını 70 yaşlı qonşusu ilə tutdu - Gədəbəydə şok olay

18.02.2019 19:33 2 267
41 yaşlı kişi arvadını 70 yaşlı qonşusu ilə tutdu - Gədəbəydə şok olay
Gədəbəy rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhddə və qonşusunu döyməkdə təqsirli bilinən Əlviz Əsgərovun barəsində olan ibtidai istintaq başa çatıb.

Median.Az
Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.

İttihama görə, 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əlviz Əsgərov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Könül Allahverdiyevanı baltalayıb.

O, daha sonra qonşusu, 1949-cu il təvəllüdlü Firudin İsmayılovu yaxınlıqdakı meşədə ağac parçası ilə döyərək, ona ağır xəsarətlər yetirib.

Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağırdır.

Eyni zamanda ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan Firuddin İsmayılovun da vəziyyəti ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əlviz Əsgərov həbs edilib.

İstintaq orqanı tərəfindən Əlviz Əsgərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmək) maddəsi ilə cinayət işi açılıb.

İstintaqa ifadə verən Əlviz Əsgərov törətdiyi cinayəti etiraf edib. O bildirib ki, hadisəni qisqancliq zəminində törədib.

Əlviz Əsgərovun ifadəsinə görə, arvadının qonşusu ilə olan münasibətini öyrənib. İşi ilə əlaqədər əvvəllər kənddə gec-gec olub: "Amma son 4 il ərzində işimdən ayrılmışdım və kəndə qayıtmışdım. Arvadımın başqa kişi ilə münasibət saxladığını eşitmişdim. Amma sübut yox idi. Bu səbəbdən 4 il onun hərəkətlərini izlədim, axırda şübhələrim və deyilənlərin doğru olduğunu öyrəndim.

Hadisə baş verən günü arvadımla mübahisə etdim. Sonra balta ilə onu vurdum. Cinayəti törədəndən sonra küçəyə çıxdım. Firudinin harada olduğunu öyrəndim. Bildim ki, meşə kənarındadır. Həmin yerə getdim. Orada Firudin ilə mübahisə etdim, yol kənarında olan ağac parçası ilə ona çoxsaylı xəsarətlər yetirdim".

Əlviz Əsgərovun sözlərinə görə, hadisə baş verən günü arvadının Firudinlə birlikdə yaxalayıb.

Qeyd edək ki, Əlviz Əsgərovun Könül Allahverdiyeva ilə olan birgə nikahlarından 4 uşaqları var.

Cinayətdə adı hallanan Firudin Məmmədov əvvəllər 4 dəfə ailə həyatı qurub, sonra da onun həmin nikahları pozulub.скачать dle 11.3
Mojo.az Banner