Mojo.az Banner
15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |    
Mojo.az Avto
Mojo.az Avto

Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib FOTO

16.02.2019 22:38 2 173
Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib FOTO
Azərbaycan Mədəniyyət Nazirliyinin və “Beat Group” şirkətinin dəstəyi ilə Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdən əvvəl qırmızı xalı üzərindən keçən gənc vokalçılar festivaldan gözləntilərini paylaşdılar.

Vokal üzrə pedaqoq, Ukraynanın Əməkdar artisti Rimma Şapovalova jurnalistlərə müsahibəsində festival iştirakçılarına böyük ümidlər bəslədiyini bildirərək, yeni istedadların üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətini qeyd etdi. “Belə gözəl uşaqlarla işləmək mənə böyük zövq verir. Əminəm ki, onların parlaq gələcəyi var və bu uşaqlar hələ özlərini göstərəcəklər. Bu konsert xeyli müddət yaddaşlarda qalacaq”, - deyə Rimma Şapovalova bildirdi.

Sonra möhtəşəm qala-konsert oldu. Festivalda çıxış edən iyirmidən çox gənc istedad Azərbaycanın və dünyanın məşhur hitlərini səsləndirdilər.

Sonda bütün iştirakçılara diplom və xatirə hədiyyələri təqdim edildi.

Qeyd edək ki, festivalda iştirak üçün 100-dən çox istedad müraciət etmişdi. Onların yalnız 21-i finala çıxıb.

Festivalda, həmçinin Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdən olan ifaçılar iştirak ediblər.

Festivalın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, layihənin musiqi prodüseri Rüstəm Rzayev, vokal üzrə pedaqoq isə Rimma Şapovalovadır.

скачать dle 11.3
Mojo.az Banner