Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

63 yaşlı Azərbaycan Televiziyası yeni studiyası ilə -FOTO

15.02.2019 14:39 3 182
63 yaşlı Azərbaycan Televiziyası yeni studiyası ilə -FOTO
14 fevral tarixində Azərbaycan Televiziyasının 63, Mədəniyyət kanalının 8 illiyi münasibəti ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında möhtəşəm konsert proqramı keçirilib. 

Gecəyə bir sıra dövlət xadimləri, ictimai korpusun nümayəndələri və ziyalı şəxslər təşrif buyurub. 

Fərqli tərtibatda təqdim edilən proqramı, Gülarə Əliyeva adına Dan Ulduzu İnstrumental Ansamblı müşaiət edib.



Xatırladaq ki, 14 fevral Azərbaycan Televiziyasının yarandığı gündür. “Diqqət-diqqət, göstərir Bakı”, 1956-cı ilin 14 fevralında Azərbaycanın ilk televiziyası məhz bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. O gün, bu gün həyatımızı televiziyasız təsəvvür edə bilmirik. Ərsəyə gələn hər bir verilişdə, videosüjetdə böyük yaradıcı kollektivin əməyi var.

İndi isə keçək Azərbaycan Televiziyasındakı müsbət dəyişikliklərə. “Xəbərlər” proqramı televiziyanın 63-cü ildönümü münasibəti ilə yeni istifadəyə verilən studiyadan efirə yayımlanıb. Azərbaycan Televiziyasının yeni rəhbərliyi tərəfindən hazırlanan studiyada AzTV-nin “Xəbərlər” proqramı ilə yanaşı, QSC-yə daxil olan “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının da xəbər proqramları yayımlanır. Əsl informasiya ab-havasını aşılayan studiya milli ornamentləri qoruduğu kimi, müasirliyi də özündə əks etdirir və bütün standardlara cavab verir.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla televiziyanın sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R. Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra Azərbaycan Televiziyasında köklü islahatlar aparılır. Burada maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilir, televiziyanın efir proqramlarında köklü yeniliklər görünür.

Kanalda daha bir uğurlu kadr dəyişikliyi “Xəbərlər” departamenti ilə bağlıdır. Belə ki, Azərbaycan Televiziyasında nümayiş olunan İqtisadiyyat xəbərləri artıq Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyevin təqdimatında yayımlanacaq.




Son xəbərlər