Mojo.az Banner
SON DƏQİQƏ
17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda oğurluq edən 7 nəfər saxlanılıb

14.02.2019 11:17 4 446
Bakıda oğurluq edən 7 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da H.B.Zərdabi prospektindəki evdən 700 manat oğurlayan Bakı şəhər sakini Ş.Tağıyeva, fevralın 9-da isə 2-ci Alatava yaşayış sahəsindəki evdən 150 manat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Adıgözəlov saxlanılıblar.

Bundan başqa, Nərimanov RPİ 16-cı polis bölməsinin əməkdaşları tərəfindən ötən il dekabrın 26-da rayon ərazisindəki şirkətdən 1 ədəd televizor, 2 ədəd noutbuk və 1 ədəd “DVD” aparatı oğurlayan Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində bu il yanvarın 4-dən fevralın 11-dək olan müddətdə yardımçı otaqların birindən
ərzaq məhsulları, habelə 2 nəfərə məxsus velosipedləri oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş X.Tağıyev saxlanılıb.

Səbail RPİ-nin 39-cu polis bölməsinin əməkdaşları fevralın 8-də və 9-da 3 evin girişlərindən qaz sayğaclarının oğurlayan Bakı şəhər sakini M.Cəfərovu, Abşeron rayon sakini İ.Əbilovu və Ağdam rayon sakini S.Cəfərovu saxlayıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3

Son xəbərlər