Əlillər, müharibə veteranları və qadınların rifahını yaxşılaşdıracaq yeni layihə imzalandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:10 Lerikdə vəzifə saxtakarlığı: Kommunal Birliyin rəisi cəzalandıldı  |     19:59 Bu ölkələri seçməklə xaricdə ödənişsiz təhsil ala bilərsiniz - SİYAHI  |     19:48 P.Diddinin məhkəməsi başladı, şahidlər danışdı  |     19:39 Naxçıvan FHN-də yoxlamalar başladı  |     19:30 Zakir Həsənov: Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin sayı ötən ilə nisbətən artıb  |     19:21 UEFA AFFA-nı cərimələdi  |     19:12 Bakının 2 ərazisində qaz olmayacaq  |     19:05 Ruben Vardanyanın barəsində məhkəmə prosesi davam etdirildi  |     18:59 Bəzi rayonlarda şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA  |     18:46 Gəncədə xəsarət almış şəxsin ölməsi ilə bağlı cinayət işi başlandı  |     18:33 Azərbaycanda dörd ayda içki və siqaretə 900 milyon manatdan çox pul xərclənib  |     18:16 Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib  |     18:15 Erməni hərbi qulluqçu elektrik cərəyanının vurması nəticəsində ölüb  |     17:53 Azərbaycanın yeni hərbi prokuroru təyin olunan Bəhruz Əhmədov KİMDİR?  |     17:37 Prezident Bəhruz Əhmədovu Azərbaycan Respublikasının yeni hərbi prokuroru təyin etdi  |     17:23 Lənkəranda adı "Qırmızı kitab"da olan balıqları qanunsuz ovlayan şəxs saxlanılıb  |     17:07 Şərurlu İsfəndiyarın həbs edilməsi üçün vəsatət qaldırıldı - VİDEO  |     16:53 Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb  |     16:52 Magistratura imtahanının nəticələri açıqlandı  |     16:46 Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU  |    

Əlillər, müharibə veteranları və qadınların rifahını yaxşılaşdıracaq yeni layihə imzalandı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT-nin Əhali Fondu 3000-ə yaxın qadın, əlilliyi olan şəxs və Dağlıq Qarabağ müharibəsinin veteranlarının yaşayış rifahının yaxşılaşdırılması məqsədini daşıyan iki illik proqram imzalayıblar.

BMT İP-nin Azərbaycan nümayəndəliyindən milli.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin təşəbbüsü ilə hazırlanmış bu proqram əlilliyi olan şəxslər və müharibə veteranlarının həyatını yaxşılaşdırmaq üçün əhatəli siyasət irəli sürməyə imkan verəcəkdir. Bu təşəbbüs nəticəsində, əlilliyi olan qadınlar və qızlar, habelə müharibə veteranlarının xüsusi ehtiyacları və potensialları barədə kəmiyyət və keyfiyyət əsaslı məlumatların əlçatanlığı yaxşılaşdırılacaq, əlilliyi olan şəxslərə qarşı qınaq və ayrı-seçkiliyi azaltmaq üçün ictimai düşüncələrin dəyişməsi təşviq ediləcək.

Azərbaycan hökuməti, BMTİP və BMT-nin Əhali Fondu tərəfindən birgə maliyyələşdirilən bu yeni proqram təxminən 1 milyon ABŞ dolları dəyərindədir və müharibə dövrünün ağır travmalarını yaşamış insanların da daxil olduğu 3 minə qədər həssas təbəqədən olan insanların fərdi və peşəkar inkişafı və maddi rifahı üçün əlçatan və əhatəli bir mühitin yaradılmasını təmin edəcəkdir.

Əhalisinin 6 faizindən çoxunu əlilliyi olan insanların təşkil etdiyi bir ölkə olaraq, Azərbaycanda həmçinin 50000-dən artıq insan Dağlıq Qarabağ müharibəsinin ağır nəticələrindən əziyyət çəkərək həm fiziki, həm də mənəvi travmanın qurbanı olub. Məhz bu insanların həyatını dəyişə biləcək qüvvəsi olan yeni layihənin qarşısında mühüm məsələlər durur. Layihə çərçivəsində müasir informasiya və kommunikasiya texnologiyaları vasitəsilə cəmiyyətin həssas təbəqələri üçün bilik, məlumat və məşğulluq imkanlarını genişləndirmək məqsədilə əlilliyi olan qadınlar və müharibə veteranları üçün Bacarıqların İnkişafı və Təlim üzrə Virtual Laboratoriyanın (V-Laboratoriya) yaradılması nəzərdə tutulur. Əlilliyi olan insanların sosial inteqrasiyası və ümumilikdə cəmiyyətdə inkluzivliyi təşviq etmək məqsədi ilə Bakıda nümunəvi incəsənət məktəbi yaradılacaq. Burada əlilliyi olan və əlil olmayan qadınlara və müharibə veteranlarına innovasiya, start-up və biznesin inkişafı sahəsində geniş çeşidli platformalar təklif olunacaq.

Bundan başqa, əlilliyi olan şəxslərə qarşı stiqmanı aradan qaldırmaq üçün bir sıra maarifləndirmə, təbliğat və ictimai maraqların qorunması kampaniyaları təşkil olunacaq. Ölkənin qərarverici şəxsləri, yüksək səviyyəli məmurlar, millət vəkilləri, işəgötürənlər və yerli icmalar arasında əlilliyi olan şəxslər üçün inkluziv şəraitin, infrastrukturun və imkanların yaradılması, habelə bunu dəstəkləyən siyasətin və ictimai münasibətin əhəmiyyəti aşılanacaq.

Layihə çərçivəsində əlilliyə dair məlumat bazasının yaradılması ilə bağlı mövcud boşluqları aradan qaldırmaq və əlilliyi olan şəxslərə dair cins və yaş qrupu üzrə dezaqreqasiya olunmuş məlumatların daha yaxşı toplanması üçün yeni metodologiyanın hazırlanması nəzərdə tutulur. Məhz bu metodologiyaların daha sonra ölkə üzrə monitorinq və statistik hesabatların hazırlanması zamanı tətbiq edilməsi mexanizmləri müvafiq dövlət qurumlarına çatdırılacaq.

Layihə Bakı şəhəri, Salyan və Masallı rayonlarını əhatə etməklə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində icra olunacaq. Proqramın uğurlu icrası üçün yerli hakimiyyət orqanları, dövlət və özəl sektordan olan işəgötürənlər, kütləvi informasiya vasitələri, icmalar və qeyri-hökumət təşkilatları ilə də yaxından əməkdaşlıq edilməsi nəzərdə tutulur.

Layihə beynəlxalq inkişaf qurumları və Azərbaycan hökumətinin birgə təşəbbüsü olaraq Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin tələblərinə uyğun həyata keçirilir və bir sıra Dayanıqlı İnkişaf Məqsədinin icrasının sürətləndirilməsinə böyük töhfə verir. Belə ki, 8-ci Qlobal Məqsədə müvafiq olaraq, layihə inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün, ö cümlədən əlilliyi olan şəxslər, qadın və kişilər üçün bərabər şəkildə məşğulluğu və layiqli əməyi təşviq edir. 1o-cu Qlobal Məqsəddə göstərildiyi kimi, layihə həmçinin sosial, iqtisadi və siyasi inkluzivliyi təşviq etməklə hər kəs üçün, o cümlədən əlilliyi olan şəxslər və həssas təbəqələr arasında bərabərsizliyin azaldılmasına kömək edəcək. Nəhayət, 17-ci Qlobal Məqsədin çağırışına uyğun olaraq, layihə ölkədaxili bacarıqların gücləndirilməsinə mühüm dəstək göstərəcək və ölkənin statistik məlumat bazasını mütəşəkkil səviyyəyə çatdırmaq üçün əhalinin həssas qruplarına, xüsusilə əlilliyi olan şəxslərə dair olan məlumatların dezaqreqasiya edilməsi, etibarlı və düzgün olmasına da köməklik göstərəcək.
//Milli.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 425 12.02.19 17:50