Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı hərbçiylə bağlı məsələ böyüyür: Gürcü ombudsman işə qarışdı

07.02.2019 22:08 1 757
Azərbaycanlı hərbçiylə bağlı məsələ böyüyür: Gürcü ombudsman işə qarışdı
Xəbər verdiyimiz kimi, Gürcüstanın Krtsanisi təlim mərkəzində baş vermiş insident nəticəsində 20 yaşlı azərbaycanlı çağırışçı Elcan Əfəndiyev klinikaya yerləşdirilib.

"Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisəni Gürcüstanın ombudsman aparatı nəzarətə götürüb. Bu barədə ombudsman Nino Lomcariya jurnalistlərə açıqlamasında özü bildirib.

"Krtsanisi təlim mərkəzində yeni çağırışçılar arasında mübahisə olub. Emosional fonda yaranmış mübahisə zamanı əsgərlərdən birinin səhhəti pisləşib və klinikaya yerləşdirilib. Onun hər hansı fiziki zədəsi yoxdur”, - deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Əfəndiyev özü və valideynləri isə bunun əksini söyləyir. Elcanın atası Elbrus Əfəndiyev "Rustavi 2” kanalına müsahibəsində oğlunun bir neçə şəxs tərəfindən döyüldüyünü deyib:

"Oğlum təxminən 3 gündür Krtsanisi təlim mərkəzində xidmət edirdi. Davadan sonra o özü mənimlə əlaqə saxlayıb dedi ki, onu xəstəxanaya aparırlar. Oğlum bildirdi ki, onu başqa otağa aparıblar və bir neçə şəxs tərəfindən döyülüb. O, başından travma alıb”.

İnsident, həmçinin, Gürcüstanın Müdafiə Nazirliyinin hərbi polisinin nəzarətinə götürülüb. Nino Lomcariya hadisə ilə bağlı zərərçəkənlərə baş çəkməyə hazır olduqlarını qeyd edib.

Son xəbərlər