Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda ağır qəza: yaralılar var - YENİLƏNİB + FOTO

06.02.2019 13:49 3 982
Abşeronda ağır qəza: yaralılar var - YENİLƏNİB + FOTO
Abşeron rayonu Atyalı qəsəbəsində baş verən qəzada yaralananların kimliyi bəlli olub.

Xəstəxanadan oxu.az-a verilən məlumata görə, yaralıların vəziyyəti stabildir:

“Yaralılar 40 yaşlı İsayeva Alidə Akif qızı, 46 yaşlı Xudiyev Adıgözəl Muxtar oğlu, 43 yaşlı Şahvələdov Cavid Səbirxan oğlu, 1979-cu il təvəllüdlü Xudiyeva Ülviyyə Kamil qızı, 1962-ci il təvəllüdlü Quliyev Əhməd, 1980-cı il təvəllüdlü Nəsirov Həmid İdris oğlu, Sadıqov Şəmsi, Zeynalova Aygün, İsayeva Çiçəkdir”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, baş verən qəza zamanı yaralanan vətəndaşların vəziyyəti orta-stabildir:

“1 saylı Kliniki Tibbi Mərkəzə 10 nəfər yaralı yerləşdirilib. Onlardan dördü evə buraxılıb. Altı nəfəri isə xəstəxanada müalicəsini davam etdirir. Onlardan üçü neyrocərrahiyyə, ikisi travmatologiya, biri reanimasiya şöbəsinə yerləşdiriliblər. Ümumi olaraq xəstələrin vəziyyətlərinin orta-stabil olduğu bildirilir”.

* * * * *

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.


Hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib.

99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.

Yaralanan sərnişinlər arasında hamilə qadının olduğu bildirilib. Hadisə yerinə polis və altı təcili tibbi yardım maşını cəlb edilib.

Hadisə nəticəsində yaralanan sərnişinlər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, hazırda müxtəlif dərəcəli xəsarətlərlə 10 nəfər yaralı xəstəxanaya yerləşdirilib:

“10 nəfər yaralı gətirilib. Hazırda yaralılara təcili yardım göstərilir”.







Son xəbərlər