Mojo.az Banner
20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |     20:04 "Merry Beauty" və "A1 kitab Evi"ndə oğurluq  |     19:58 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb  |     19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |    
Mojo.az Avto
Mojo.az Avto

"Sovetski"də abadlaşdırma işlərinin başa çatacağı dəqiq VAXT

05.02.2019 17:25 2 122
Bakının Sovetski adlanan ərazisində yaşayış üçün yararsız olan binaların sökülməsi və gələcək abadlaşdırmanı nəzərdə tutan layihə ən irimiqyaslı təşəbbüslərdəndir və ona görə də onun tam icrası azı bir il də davam edəcək.

Median.Az
bildirir ki, bunu Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

D.Dövlətxanovun sözlərinə görə, bu layihə Bakının Baş Planının vacib lokal elementlərindəndir:

"Hazırda "Sovetski" ərazisində yaşayış evlərinin sökülməsinin ikinci mərhələsi davam edir. Artıq demək olar ki, ərazinin böyük hissəsi istifadə üçün yararsız ev və tikililərdən azad edilib. Bu gün "Sovetski"də ümumi istifadə və istirahət üçün nəzərdə tutulmuş park zonasının yaradılması üzrə iş davam etdirilir. Burada rekreasiya zonası yaradılır və artıq yaşıllaşdırma prosesi başlayıb. Bu işlər Təzəpir məscidinin olduğu yerə qədər aparılacaq".

Komitə rəsmisi əlavə edib ki, Bakıda evlərin sökülməsi Kubinka adlanan ərazidə də planlaşdırılıb, amma bu prosesin başlayacağı tarixi indidən demək çətindir:

"Bakıda lokal söküntülər öz bizneslərinin böyüməsində maraqlı olan özəl şirkətlər tərəfindən həyata keçirilə bilər. Bu, istənilən tikinti təşkilatı və ya şəxs ola bilər".скачать dle 11.3
Mojo.az Banner