Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Mir Şahin: "Bu gün Sevinc Osmanqızı-Qənimət Zahid-Əli Kərimli üçlüyü gülməli vəziyyətdədir" - VİDEO

04.02.2019 16:36 3 046
Mir Şahin:
...Bu gün Sevinc Osmanqızı Əli Kərimlinin liderliyini qəbul edərək ona açıq dəstək verməkdədir və burda ən küt adama da bəllidir ki, Osmanqızı artıq jurnalistikada deyil, bəlkə də özünü az qala gələcək spiker hesab edir. Və bu adam nədənsə İskəndər Həmidovun üzərinə gedir. Axı İskəndər Həmidov və Əli kərimli eyni siyasi platformanın artıqlarıdır. Biri yaşlı, biri yaşsız. Və Sevinc Osmanqızı İskəndər Həmidovun nə vaxtsa jurnalisti döydüyünü ona irad tutur, hətta heç vaxt İskəndər Həmidova rəğbət bəsləməyəcəyini deyə bilir, amma bu mövzuda susur ki, 1992-ci ilin sentyabrında dövlət katibi Əli Kərimli yeganə məmur oldu ki, Həmidovun həmin hərəkətini pisləmədi.

Hətta Elçibəy belə jurnalistlərin ona müraciətinə cavab verdi. Bu hadisədə mətbuatın tərəfini saxladı. Əli Kərimli isə öz qorxaq xarakterindən irəli gələn susqunluqla gizləndi. Mənim sualıma isə, təxminən belə cavab verdi ki, hərəkatdakı xidmətləri İskəndər Həmidova bəzən belə şıltaqlıqlar etməyə əsas verir. Sitatın sonu. Sevinc bunu bilmir? Bilmirəm. Amma cavabın "hə”si də "yox”u da onun xeyrinə işləmir.

Və bu gün Sevinc Osmanqızı-Qənimət Zahid-Əli Kərimli üçlüyü gülməli vəziyyətdədir. Bu adamlar xalqa gələcək vəd edirlər. O gələcək ki, fərt eləyib İskəndər Həmidovun burnundan düşüb. Deməli o gələcək İskəndər Həmidova oxşayacaq. Başqa tərəfdən də Əli-Sevinc-Qənimət İskəndərlə vuruşur, deməli həmin o gələcəklə. Və ən qəribəsi də budur ki, bu gün mən cəmiyyətdə Sevincin yox, İskəndərin üzərinə daha çox gedildiyini görürəm, baxmayaraq ki, İskəndərin təhlükəsi keçmişə aiddir, Sevicin təhlükəsi gələcəyə.

İndi özünüz qərar verin, hansı daha təhlükəlidir? Absurd teatr. Ümumiyyətlə, xaos müxalifətinin fəaliyyətini bütöv bir təzadlar sistemi şərtləndirir. Məsələn, yanvar ayının 26-a mitinq təyin edirlər. Amma mitinqə icazə verilmir. Mitinqə çıxmırlar, 20-30 adam nəyəsə cəhd edir, onları da saxlayırlar və bununla da hər şey bitir. Xaos müxalifətinin qabaqda gedən zənglisi Əli Kərimli bəyan edir ki, iqtidar mitinqdən qorxdu. Baxmayaraq ki. icazəsiz mitinqdə ala biləcəyi zərbələrdən qorxan özü və ətrafıdır.

Bir az keçir, Əli Kərimli Məhəmməd Əmin Rəsulzadənin yubileyinə bütün Məhəmməd Əmin sevərləri dəvət edir. Və tədbirə min adam belə qatılmır. Bu mövzuda susulur. Axı ətdirsə, pişik, pişikdirsə ət sualı həmişə aktualdır. Nə yaxşı ki, Azərbaycanı xaricdə ləyaqətli insanlarımız da təmsil edir. Məsələn, Ukraynada bir ailəni ölümdən xilas edənlərimiz kimi. Azərbaycanın kənardan imici yaxşı ki, Sevinc və Qənimət, Qurban və Emin kimilər hesabına formalaşmır.


Son xəbərlər