Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.
AQTA-dan oxu.az-a bildirilib ki, agentliyin sədri Qoşqar Təhməzlinin imzaladığı əmrə əsasən, Zəkiyyə Mustafayeva Aparat rəhbəri təyin edilib:
“Artıq bir neçə gündür Zəkiyyə Mustafayeva vəzifəsini icra edir”.
Qeyd edək ki, Zəkiyyə Mustafayeva 2010-2018-ci illərdə Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.