Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Bakı kəndində acınacaqlı mənzərə - YENİLƏNİB + FOTO

02.02.2019 13:56 4 774
Bakı kəndində acınacaqlı mənzərə - YENİLƏNİB + FOTO
Xəzər Rayonu İcra hakimiyyəti Binə kəndində yolların pis vəziyyətə düşməsinə münasibət bildirib.

Rayonun icra başçının köməkçisi İslamov Hikmət oxu.az-a açıqlamasında qeyd edib ki, Südçülük adlanan ərazidə yolların pis vəziyyətdə olması ilə bağlı onların məlumatı var.

Onun sözlərinə görə, yaxın gələcəkdə həmin ərazilərin əsaslı təmiri planlaşdırılır. 

“Südçülükdə yerləşən yolların əsaslı təmiri üçün vəsait tələb olunur. Küçələrin təmiri ilə bağlı məsələ Dövlət Proqramına salınıb. Baş vermiş hadisə ilə bağlı qəsəbə nümayəndəsinin məlumatı var”, - deyə o bildirib. 

H.İslamov ərazinin nə zaman təmir olunacağı ilə bağlı dəqiq məlumat vermək çətinlik çəkib: 

“Biz layihələr hazırlamışıq. Həmin layihələr təsdiq olunandan sonra ərazidə müvafiq işlərə başlaya bilərik”.

* * * * *

Paytaxtın Binə kəndində yollar bərbad vəziyyətə düşüb.

Görüntüləri “Facebook” sosial şəbəkəsində jurnalist Zülfiyyə Quliyeva paylaşıb.

Binə kəndinin Südçülük adlanan ərazisində yol kənarında su ötürücülərinin olmaması səbəbindən yağış suları yolun üst qatını yuyaraq geniş çalalar əmələ gətirib, və bu da kənd sakinlərinə çətinliklər yaradıb.

Ərazidə yaşayan qadın və uşaqlar çala-çuxur, palçıq içində olan yolları düzəltməyə çalışıblar.

Yerli sakinlər yaranmış vəziyyətdən narazılıqlarını ifadə ediblər.






Son xəbərlər