Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi |
Mojo.az Avto
Mojo.az Avto

Elman Rüstəmovdan manatla bağlı - AÇIQLAMA

01.02.2019 13:41 4 976
Elman Rüstəmovdan manatla bağlı - AÇIQLAMA
2018-ci ildə başlıca vəzifə Azərbaycanda makroiqtisadi sabitliyi dayanıqlı hala keçirmək idi. Ölkə bu ili 2,3% orta illik inflyasiya ilə başa vurdu. Bu məsələdə məzənnə dayanıqlığının xüsusi rolu oldu.

Bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, 2018-ci il üzrə Dövlət Neft Fondundan büdcəyə köçürülməli olan vəsaitin 100 milyonu büdcəyə valyuta şəklində daxil olub. Bu isə dövlətin valyuta ilə olan öhdəliklərinə xidmət edəcək.

“Manatın sabitliyinin qorunması üçün aprel-avqust aylarında panika yaranmaması üçün tədbirlər gördük. Qonşu dövlətlərdə milli valyutalarda yüksək volatillik bizə də ciddi şəkildə təsir etdi. Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə etməyərək, valyuta satışının həcmini bir qədər yüksəlməklə vəziyyəti tənzimlədik. Ölkənin tədiyyə balansında üç milyard dollarlıq artıq valyuta təklifi ola bilərdi, ancaq bu valyutanın göstərə biləcəyi təsirlər də sterilizasiya nəticəsində aradan qaldırıldı.

Manatın məzənnəsi ilə bağlı son söhbətlər qeyri-ciddidir. Neftin şokundan qorunmaq üçün müvafiq addımlar atılıb və tədbirlər görülüb. Bu məsələ əhəmiyyətli dərəcədə neytrallaşdırılıb və volatillik məhdudlaşdırılıb”.

Son xəbərlər