Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

ASAN Radio azərbaycanlı paralimpiyaçılara dəstək olacaq

30.01.2019 19:39 2 932
ASAN Radio azərbaycanlı paralimpiyaçılara dəstək olacaq
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin məlumatına görə, bu barədə yanvarın 30-da ASAN Radio, Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında razılıq əldə olunub. Bununla bağlı üçtərəfli Memorandum imzalanıb.

Median.az
xəbər verir ki, memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" MMC-nin "ASAN Radio" departamenti müdiri Emin Musavi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı imzalayıblar.

Anlaşma Memorandumu tərəflər arasında informasiya dəstəyi və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.

Qeyd edək ki, "ASAN Radio" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio - "ASAN Radio" daim sosial layihələrə, əlillərə xüsusi diqqətlə yanaşıb. Efir siyasətində həssas təbəqəyə mütəmadi yer ayırıb. Sosial çarxlar (video-audio) hazırlayıb, filmlər çəkib. Bu layihələr beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilib. "ASAN Radio" yerli və beynəlxalq əhəmiyyətli idman yarışlarının media dəstəkçisidir.

Son xəbərlər