Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Buraxılış və qəbul imtahanları: Bu il abituriyentlər üçün çətin olacaq

30.01.2019 12:02 2 743
Buraxılış və qəbul imtahanları: Bu il abituriyentlər üçün çətin olacaq
Məlumdur ki, bu il ali məktəblərə qəbul imtahanları yeni qaydalar əsasında keçiriləcək. Burada həm imtahanın keçirilməsi formasından, həm də sualların modellərindən söhbət gedir. Bu yenilik özü belə abituriyentlərin həyəcanını artırmağa kifayət edir. Ancaq bu həyəcanı daha da artıran yeni bir məsələ ortaya çıxıb. Məsələ ondan gedir ki, humanitar fənnlər üzrə keçiriləcək imtahanların proqramı yenicə açıqlanıb. Ekspertlər deyirlər ki, burada çoxsaylı yeniliklər var. Söhbət hansı yeniliklərdən gedir və dövlət imtahan mərkəzinin bu məsələyə münasibəti nədir? Cavabı növbəti xəbərimizdə.

Bu il buraxılış və qəbul imtahanlarında edilən bir sıra dəyişikliklər abituriyentləri çətin vəziyyətdə qoyub. Ekpertlər hesab edirlər ki, istər buraxılış imtahanı modelində sınaq imtahanının keçirilməməsi, istərsə də proqramın gec elan edilməsi abituriyentlərin bəzi mövzuları mənimsəmələrinə çətinlik yaradır.

Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, təhsil işçisi Elxan Nəcəfovun sözlərinə görə, builki imtahanlarda çox ciddi dəyişikliklər edildiyindən qəbul imtahanları üçün bütün fənlər üzrə proqram daha tez elan olunmalı idi. Əksər abituriyent və müəllim yeni proqramla cəmi 10 gündür tanış olduğu üçün imtahana hazırlaşmaq üçün az vaxt qalır.

Proqramdakı dəyişikliklər əsasən humanitar fənlərlə bağlıdır. Ən çox dəyişiklik isə ədəbiyyat fənnini əhatə edir. Ekspertin sözlərinə görə, ənənəvi Ədəbiyyat proqramı ilə yenisinin yeganə üst-üstə düşən mövzuları Ədəbiyyat nəzəriyyəsinə aid hissələrdir. Yeni proqram əvvəlki qəbul proqramından 80%fərqlənir.

Elxan Nəcəfov onu da qeyd edir ki, bu il buraxılış imtahanının sınaq versiyasının keçirilməməsi də abituriyetləri çətin vəziyyətdə qoyub.

Dövlət İmtahan Mərkəzindən iddialara cavab olaraq bildirildi ki, qəbul proqramları abituriyentlərin imtahanlara hazırlaşmalarına yardım məqsədilə çap edilir və məktəb dərsliklərinə əsaslanır. Sınaq imtahanlarına gəldikdə isə, Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadənin sözlərinə görə, imtahanların keçirilməsi və yoxlanılması kifayət qədər vaxt tələb edir. Hər həftəsonu mərkəz tərəfindən ayrı-ayrı imtahanlar keçirildiyindən əlavə sınaq imtahanı keçirmək mümkün olmur. Lakin onlayn qaydada abituriyentlər otk.az portalında sınaq imtahanı verə bilərlər.

Son xəbərlər