Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Kitabxanaçılıqla bağlı qanun dəyişdirilir

29.01.2019 12:21 1 500
Kitabxanaçılıqla bağlı qanun dəyişdirilir
Azərbaycanda məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim olunacaq.

Bununla bağlı “Kitabxana işi haqqında” qanunun 15-ci (Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı) maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) buraxdığı çap məhsullarının - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın kitabxanasına üç pulsuz məcburi nüsxəsini, profilinə uyğun olaraq, Milli Məclisin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın kitabxanalarına iki pulsuz məcburi nüsxəsini göndərməlidir.

Həmçinin, dəyişikliyə əsasən, Azərbaycanda nəşr olunan bütün qəzet və jurnal redaksiyaları buraxdığı qəzet və jurnalların iki pulsuz məcburi nüsxəsini kitabxanaya göndərməlidir.

Sifarişçi ilə nəşriyyat arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda, bu məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim edilməlidir. Kitabxanaların pulsuz məcburi nüsxələrlə (o cümlədən, onların elektron variantları ilə) təchizat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.

Qeyd olunur ki, təklif olunan dəyişiklik kitabxanaların elektron sistemə keçirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin (MM) yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər