Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:02 Bakıda cəzaçəkmə müəssisəsində dava: Məhbusa vintaçanla xəsarət yetirildi | 11:58 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi - Foto | 11:56 Şəmkirdə "Mercedes" aşdı: Yaralılar var | 22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda broyler fabrikinin yaxınlığında mərmi tapıldı - FOTO

28.01.2019 23:55 1 979
Azərbaycanda broyler fabrikinin yaxınlığında mərmi tapıldı - FOTO
Xızı rayonunda mərmi aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində bir ədəd mərminin tapılması barədə daxil olan məlumat əsasında qurumun mütəxəssisləri və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə "Giləzi Quşçuluq fabriki"nin yaxınlığına baxış keçiriblər.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) 100 mm-lik top mərmisi (BK-3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 3.000 kv.m əraziyə yerüstü, 2.000 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//oxu.az

Son xəbərlər