Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tullantıların atmosferə buraxılması ilə bağlı reyd keçirilib (VİDEO)

26.01.2019 20:16 1 893
Bakıda tullantıların atmosferə buraxılması ilə bağlı reyd keçirilib (VİDEO)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları sənaye müəssisələrindən atmosferə atılan tullantılarla bağlı növbəti reyd keçirib.

Bakı şəhəri, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində yerləşən metaləritmə sexində həyata keçirilən monitorinq və araşdırmanı "Report”un əməkdaşları da izləyib.

Araşdırma və monitorinqin bu ünvanda keçirilməsinə həm də ətrafda yaşayan sakinlər tərəfindən sexdən atılan tüstü və qoxu ilə bağlı Nazirliyə edilmiş şikayət də səbəb olub.

Reyd zamanı ərazidə yaşayan vətəndaşlar metaləritmə sexinin fəaliyyəti zamanı tüstü və kəskin qoxunun yarandığını təsdiqləyib və bu narahatlığın aradan qaldırılmasını istəyiblər. Nazirliyin mütəxəssisləri, öz növbəsində, bu məsələni diqqətdə saxlayacaqlarını və atmosferə atılan tullantıların normadan artıq olacağı təqdirdə, lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Özünü səlahiyyətli şəxs kimi təqdim edən sexin işçisi öncə ETSN əməkdaşlarına, media nümayəndələrinə müqavimət göstərib və onların əraziyə baxış keçirməsinə mane olub. Polis əməkdaşlarının müdaxiləsindən sonra ETSN-in əməkdaşları metaləritmə sexinin istehsalat zonasına daxil ola bilib.

ETSN-dən bildirilib ki, ərazidə aparılmış monitorinq və araşdırmaların nəticələri məlum olandan sonra sex barədə qanunamüvafiq tədbir görüləcək.

Son xəbərlər