Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Valideynlərin DİQQƏTİNƏ: Uşaqlarınızı bağçalara zamanında qoyun - VİDEO - FOTO

25.01.2019 21:28 2 253
Valideynlərin DİQQƏTİNƏ: Uşaqlarınızı bağçalara zamanında qoyun - VİDEO - FOTO
Azərbaycan Respublikasının 14 aprel 2017-ci il tarixli 585 nömrəli əmrinə əsasən körpələr evi uşaq baxçasında 3 aydan 6 aya kimi, 6 aydan 1 yaşa kimi körpələr qəbul edilə bilər.

Median.az
bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Valideyn: "Körpələr qrupu olsa, yaxşı olardı ki, analar gedib işləyə bilsin, həm də ürəkləri rahat olsun ki, uşağa baxan var".

Lənkəranda 53 bağça var ki, onlardan yalnız ikisi - 16-17 saylı körpələr evi - uşaq baxçası fəaliyyət göstərir.

Bayramova Gülarə - bağça müdirəsi: "Biz 1 yaşlı körpəni qəbul edə bilirik. Hazırda 1 və 2 yaş arası körpələr qrupumuz var"

Bağçalarsa azyaşlı körpələrin az halda bağçaya gətirildiyini və buna görə də həmin yaş üzrə qrup yarada bilmədiklərini əsas gətirir.

Fərzullayeva Səbirə - bağça müdirəsi: "6 aylığından 1 yaşa qədər uşaqlarımız yoxdur. Bəzi valideyinlər uşaqları ev şəraitində təlim-tərbiyə verməyə üstünlük verir. Amma bizim, xüsusən də körpələr qurupunda işləyən tərbiyəçilərimiz var və onlara ana qayğısı göstərilir".

Mütəxəssislər bildirir ki, körpələrin 1 yaşından başlayaraq bu müəsissələrə verilməsi onların gələcək inkişafına da müsbət təsir göstərir.

Pişanova Solmaz - Baş tibb bacısı: "Körpə nə qədər tez bağçaya qoyularsa, bir o qədər tez inkişaf edər. Çünki burada uşaqlar rejimə düşür və bezdən istifadəyə gərək qalmır".

Qeyd edək ki, qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabradək, uşaqların məktəbəqədər təhsilə qəbulu isə iyunun 1-dən avqustun 31-dək həyata keçirlir.

Son xəbərlər