Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 27 yaşlı kişi sünnət edildi

24.01.2019 13:49 1 973
Azərbaycanda 27 yaşlı kişi sünnət edildi
Bu gün rayon yerlərində valideynlər hələ də oğlan uşaqlarının sünnət edilməsi üçün dəllək axtarırlar. Hətta bəzən bu işi ailənin ağsaqqalına, başqa ixtisas sahibi olan həkimlərə də həvalə edirlər. Maraqlısı budur ki, həkimlər özü də bu məsələnin hansı üsulla gerçəkləşdirilməsində həmfikir deyillər.

Bir qrup həkimlər oğlan uşaqlarının dünyaya gəldikdən sonra bir neçə aylığında, hətta 40-ı çıxmamış sünnət olunmasını doğru hesab etdikləri halda, digər bir qrup isə tamamilə bunun əksini iddia edir. Onlar düşünür ki, sünnət üçün cinsiyyət orqanının müəyyən qədər inkişaf etməsi lazımdır.

Median.Az xəbər verir ki, oxu.az-a uşaq cərrahı Qədir Qədirov deyib ki, sünnət köhnə üsulla aparılmalıdır:

“Uşaqlarda sünnət məsələsinə xüsusi diqqət etmək lazımdır. Çünki çapıq toxuma normal toxuma kimi inkişaf eləmir. Məsləhətdir ki, bu proseduru ya bir yaşa qədər, ya da bir yaşdan sonra gerçəkləşdirsinlər.

Təəssüf ki, bu məsələyə diqqət edilmir. Ya uşaq doğulan zaman sünnət edilir, ya da çox gecikdirilib, məktəb yaşlarına qədər uzadılır. Mən öz praktikamda 27 yaşlı kişini sünnət etmişəm. Bu, doğru deyil. Amma bundan başqa, anadangəlmə anomaliyalar var ki, sidik kanalı aşağıda olur, bunlar istisna hal hesab edilir. Uşaqlara narahatlıq yaratsa da, onun erkən aylarda əməliyyat olunması məsləhət deyil.

Tibdə məsləhət görülür ki, 5-6 yaşdan tez müdaxilə olunmasın. Bu müddət ərzində cinsiyyət orqanı formalaşır və əməliyyatın nəticəsi uğurlu olur. Amma erkən yaşlarda əməliyyat olunan zaman sidik kanalı kiçilir və sidik ifrazı zamanı problem yaranır.

Lazer üsulu ilə damarların yandırılaraq sünnət edilməsi doğru deyil. O şüa azyaşlıların xayalarında gedən prosesi ləngidir. Bu isə gələcəkdə sonsuzluq riskini artırır. Sperm sayının azalmasına səbəb olur. O baxımdan, sünnət valideynlərin hesab etdiyi qədər də asan proses deyil. Onun səliqəli kəsilib, səliqəli tikilməsi məqsədəuyğundur”. “Mən, demək olar ki, toplu sünnət prosedurlarını yerinə yetirmişəm. Bir gündə 20-30 uşağı sünnət etmişəm. Mən qoruyucu “zajim” dediyimiz qurğu ilə əməliyyat edirəm. Sünnət steril şəraitdə saxlanılan və bir dəfə istifadəyə yararlı olan soyuq cərrahi bıçaqla aparılır. Bu zaman heç bir qorxusu olmur.

40 ildən çoxdur bu işi görürəm və bilirəm ki, lazer üsulu nə qədər risklidir. Bu gün edilən əməliyyat zamanı uşağa dəyən ziyan özünü 20 il sonra ağır xərçəng xəstəliyi ilə büruzə verə bilər. Odur ki valideynlər diqqətli olsunlar. Pul xətrinə uşaqların gələcəyi ilə oynamaq olmaz”.

Son xəbərlər