Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Dahi bakılı alimin ad günündə "Google" onun portretini yerləşdirib

23.01.2019 22:24 1 977
Dahi bakılı alimin ad günündə
Yanvarın 22-də dahi bakılı alim Lev Landaunun ad günündə "Google" onun portreti olan "doodle" yerləşdirib, BBC-nin saytında isə görkəmli fizik, Nobel mükafatı laureatı haqqında geniş məqalə dərc olunub.

Median.az
AZƏRTAC-a istinadən bildirir ki, BBC-nin Nobel mükafatı və xoşbəxtlik nəzəriyyəsi: Lev Landau haqqında yeddi fakt" sərlövhəli məqaləsində fizik həmkarlarının "Dau" adlandırdıqları alimin həyatının ən maraqlı məqamlarından - 14 yaşında Bakı Dövlət Universitetini bitirməsi, 18 yaşında ikiatomlu molekulların spektri barədə ilk elmi işi, 26 yaşında dissertasiya müdafiə etmədən fizika-riyaziyyat elmləri doktoru və bir ildən sonra professor olmasından bəhs edilir. Görkəmli alimin 1938-ci ildə Stalini "faşist" adlandıran mətnin redaktəsinə görə həbs olunması və yalnız Nils Bor və Pyotr Kapitsa kimi dünya şöhrətli alimlərin müraciətlərindən sonra azadlığa buraxılması da qeyd olunur. Məqalədə diqqətə çatdırılır ki, 1962-ci ildə kondensasiya olunmuş vasitələr, xüsusən maye helium üzrə yenilikçi nəzəriyyəsinə görə Nobel mükafatı alan Landau kvant mayeləri fizikasının da əsasını qoyub.

Məqalə müəllifi qeyd edir ki, Landau hər bir insanın xoşbəxt olmasının zəruriliyini, bunun üçünsə üç amilin - iş, sevgi və insanlarla ünsiyyətin vacib olduğunu deyirdi. Görkəmli alim yumor hissi ilə də seçilib. Bir sıra maraqlı aforizmlər - "Heçdən bir heç doğmalıdır", "Toyuq quş deyil, loqarifm isə sonsuzluq ola bilməz", "Biz alim deyilik, itə də nə isə öyrətmək mümkündür, biz, elm işçisiyik" kimi yarızarafat eyhamlar da ona məxsusdur.

Uşaqlıq illərində içki içməmək, siqaret çəkməmək və evlənməmək sözü verən Landau bu vədlərini birini pozaraq Konkordiya Drobantseva adlı qadınla evlənib.

Son xəbərlər