Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:40 Siyəzəndə üç azyaşlı kanala düşdü, ikisi xilas edildi | 20:31 Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi? | 20:25 DİN əməliyyat keçirdi: saxlanılanlar var | 20:24 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" | 19:47 Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi | 19:36 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? | 19:34 Bakıda toyda telefonları oğurlayan şəxs saxlanıldı | 19:28 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq | 19:08 Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri | 18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? | 17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu | 16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi | 16:34 İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı | 16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? |
Mojo.az Avto
Mojo.az Avto

Pul ver, yoxsa rüsvay olacaqsan: Polis potensial şantaj qurbanlarına çıxış yolu göstərir

23.01.2019 21:19 2 132
Pul ver, yoxsa rüsvay olacaqsan: Polis potensial şantaj qurbanlarına çıxış yolu göstərir
Hədə-qorxu və şantaj yolu ilə pul tələb etməyə qarşı yeganə doğru çıxış yolu vaxtında polisə müraciət etməkdir. Çünki cinayətkarın tələbini yerinə yetirmək onun bu əməlini gələcəkdə təkrar etməyəcəyinə heç bir zəmanət vermir. Median.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Xətai Rayon Polis İdarəsindən, sonuncu hədə-qorxu yolu ilə pul tələb etmə hadisəsini şərh edərkən bildiriblər.

Şantajla qarşılaşan Bakı şəhər sakini də məhz belə hərəkət edib - Xətai RPİ-nin 35-ci polis bölməsinə bu barədə şikayət ərizəsi yazıb. Qadın bu addımı şantajçıya 2200 manat verəndən sonra atıb. Məlum olub ki, 39 yaşlı qadını (qadının adını etik məsələlərə görə açıqlamırıq-red.) Elmar adlı bir kişi şantaj edib. Kişi qadını əgər pul verməsə, intim xarakterli videokadrlarını sosial şəbəkədə yayaraq onu biabır edəcəyi ilə hədələyib.

Polisdən bildirilib ki, artıq şübhəlinin şəxsiyyətini müəyyənləşdiriblər, lakin hələlik onu saxlamayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi qaldırmaq üçün əsas olacaq materialların toplanması ilə məşğuldurlar.

Hələlik intim xarakterli videokadrların olduğuna dair fakt da mövcud deyil. Şantajın qurbanının özü də belə bir faktın olduğuna ciddi şübhə edir. Buna baxmayaraq, qorxu elə böyük həddə olub ki, qadın əvvəlcə şantajçıya pulu verib, sonra isə polis şöbəsinə gedib.

Analoji vəziyyət yanvarın 21-də Qaradağ rayonunda baş verib. Burada saat 02:20-də Bakı sakini "102" xidmətinə zəng edərək şantaj edildiyini bildirib. Naməlum kişi adamın mobil telefonuna zəng edərək deyib ki, onun intim fotolarını sosial şəbəkədəki səhifələrə yerləşdirəcək. Susmaq qarşılığında şantajçı cəmi 100 manat tələb edib.

Şantajçı 38 yaşlı kişini məcbur edib ki, gördüyü bütün işləri yadına salsın və heç bir yerdə iz buraxmadığına, ağ kağız kimi təmiz olduğuna əmin olsun. Kişi belə də edib və heç yerdə iz buraxmadığına əmindir. Lakin pis əməl gərək cəzalandırıla. Odur ki, kişi hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, son zamanlar Azərbaycanda internet və sosial şəbəkələr üzərindən hədə-qorxu yolu ilə pul tələb etmə və şantaj hallarının sayı artıb. Hüquq-mühafizə orqanları analoji cinayətlərdə ittiham edilən bütün şəxsləri saxlayaraq məsuliyyətə cəlb edir. Bununla yanaşı, asayiş keşikçiləri vətəndaşlara tövsiyə edir ki, özlərinə zərər verməmək üçün ehtiyatlı və mənəvi cəhətdən sabit olsunlar.

Son xəbərlər