Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

AFFA Azərbaycan millisini Diniyevə tapşırır

23.01.2019 19:22 2 256
AFFA Azərbaycan millisini Diniyevə tapşırır
Artıq iki aya yaxındır ki, futbol üzrə Azərbaycan millisinin "sükan”ı boş qalıb. AFFA rəhbərliyi dekabrın sonları, yanvarın əvvəllərində yeni baş məşqçinin adının açıqlanacağını bəyan etsə də, bu, baş vermədi.

Milli komandanı bir neçə oyunu Bakıda təşkil olunacaq AÇ-2020-nin final mərhələsində görmək istəyən AFFA rəhbərliyinin axtarışları nəticəsiz qalır. Daha doğrusu, danışıqları. Qurban Qurbanovu millinin baş məşqçi postundan göndərən federasiya başbilənləri, "sükan”ı əcnəbi mütəxəssisə tapşırmaq istəyir. Amma İtaliyadan tutmuş, Türkiyəyə qədər, bütün axtarışlar, danışıqlar hələ ki, nəticəsiz qalıb.

Vaxtın getdikcə daralması, xarici mütəxəssislərlə anlaşmaqda çətinliyin yaranması AFFA-nı da ciddi şəkildə narahat etməyə başlayıb. Milli komandanın hazırlığına nəzarət etmək, hansısa futbolçuları diqqətdə saxlamaq, ən vacibi, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində, martın 21-də Xorvatiya ilə səfər matçı üçün və ya bu oyunadək kimsə "sükan arxasında” olmalıdır. Bütün bunları nəzərə alan federasiya rəhbərliyi milli komandanı müvəqqəti olaraq AFFA Məşqçilər Komitəsinin üzvlərindən birinə, konkret, Şahin Diniyevə tapşırmaq istəyir. Diniyev əvvəllər də Azərbaycan yığmasını çalışdırıb. Federasiya rəhbərliyi Diniyevə müvəqqəti güvənərək, Məşqçilər Komitəsinin digər üzvlərinin – xüsusilə də, Vaqif Sadıqovla Ağasəlim Mircavadovun ona yardım etməsini planlaşdırır. Təbii ki, bu plan hansısa əcnəbi məşqçiylə anlaşma olmayacağı halda işə düşəcək. Yanvarın sonuna kimi əcnəbi mütəxəssislə müqavilə imzalanmasa, federasiyanın Şahin Diniyevin müvəqqəti baş məşqçiliyini açıqlayacağı gözlənilir.//Komanda.azскачать dle 11.3
Mojo.az Banner