Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Mərkəzi Neftçilər Xəstəxanasında QALMAQAL – İşçi ilə rəhbərlik arasında nə baş verir?

19.01.2019 14:42 3 245
Mərkəzi Neftçilər Xəstəxanasında QALMAQAL – İşçi ilə rəhbərlik arasında nə baş verir?
Mərkəzi Neftçilər Xəstəxanasında bəzi işçilərlə rəhbərlik arasında narazılıqlar yaranıb.

Bu barədə xəstəxanada tibb bacısı işləyən Könül Əziz qızı Abdullayeva Baku.ws-ə şikayətində bildirib. O, xəstəxananın direktoru Ülvi Mirzəyevdən şikayətlənib.

“Mən Abdullayeva Könül Əziz qızı Mərkəzi Neftçilər Xəstəxanasında çalışıram. Xəstəxanamızda özbaşınalıq baş alıb gedir. Yeni təyin olunmuş Ülvi Mirzəyev İşçiləri incidir, maaşları azaldır, yüzə yaxın ştatdan kənar xəstəxanaya işçi göturub”, - deyə K. Abdullayeva bildirib.

Şikayətçi xanım bildirib ki, 01.11.2018 tarixindən etibarən xəstəxanaya direktor təyin olunmuş Mirzəyev Ülvi xəstəxanada özünün istədiyi qanunlari tətbiq edib:

“O, tutduğu vəzifəsindən sui-istifadə edir, özünün gətirdiyi tibbi personala yüksək maaş verir. Bu xəstəxanada uzun illər çalışmış olan işçilərə isə öz personalından 3 dəfə aşağı maaş verir, onların şikayətlərini dinləmir. İşçilərlə pis rəftar edir. 12 il bu şöbədə çalışmağıma baxmayaraq, səbəbsiz yerə məni başqa şöbəyə keçməyə məcbur edib”.

Məsələ ilə əlaqədar Ülvi Mirzəyevlə əlaqə saxladıq. Xəstəxananın direktoru Baku.ws-ə açıqlamasında bildirib ki, haqqında deyilənlərin hamısı yalandır.

“Biz Könül Abdullayevanı başqa şöbəyə keçirmişik, maaşını da eyni məbləğdə saxlamışıq. Əgər o, həqiqətən də dürüst olsaydı, bunları deməzdi. Əslində problem odur ki, o, burada alver edirdi. Burada xəstələri pul qarşılığında müxtəlif həkimlərə “satırdı”.

Bu ciddi xətadır. Buna görə, onu işdən qova da bilərdik. Lakin biz onun şöbəsini dəyişdik ki, bu əməlləri edə bilməsin. İllərdir bu şəbəkəni qurub, indi biz ona imkan vermədik deyə, narazı oldu. İndi sağda-solda ağzına gələni danışır”, - deyə Ülvi Mirzəyev bildirib.

Xəstəxananın direktoru deyir ki, tibb bacısı keçdiyi yeni şöbədə istədiyini edə bilməyəcək:

“O. əvvəllər kardioloğiya şöbəsində işləyirdi, indi onu daxili xəstəliklər şöbəsinə yerləşdirdik. Əvvəlki şöbədə dəhlizdə xəstələrlə danışıb, onları razılaşdığı həkimlərin yanına göndərirdi. İndi isə dializli xəstələr gəlir, onlara pulsuz xidmət göstərir”.

Son xəbərlər